Slimfit
  1. CƏMİYYƏT

Eldar Həsənov məhkəmədə ifadə verib

Eldar Həsənov məhkəmədə ifadə verib
Sakura

Eldar Həsənov məhkəmədə ifadə verib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Eldar Həsənov ifadə verib.

O, ittihamlarla razı olmadığını bildirib.

Daha sonra təqsirləndirilən şəxs bir daha səhhəti ilə bağlı məlumat verib.

Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəsatət təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

Fasilədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Həsənovun səhhətində problem yaranıb.

Buna görə də məhkəmə iclası sentyabrın 20-dək təxirə salınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR