Ens.az
14 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Əli Əsədov: Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm

Əli Əsədov: Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm

78 Baxış
Əli Əsədov: Qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm

Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib. 

Oxu.Az-ın məlumatına görə, bunu  bunu Milli Məclisin iclasında Baş nazir vəzifəsinə seçilən Əli Əsədov deyib. 

O bildirib ki,  Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolunu keçməkdədir: 

“Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümümi daxili məhsul (ÜDM) 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib.

Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezidentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib”, - deyə Ə.Əsədov əlavə edib. 

Onun sözlərinə görə, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. 

“Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub. Bu gün ölkənin əsas problemi doğma Qarabağımızın işğaldan azad edilməsidir”. 

Ə.Əsədov Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist çıxışlarına Prezident İlham Əliyev tərəfindən layiqli cavab verildiyini də xatırladıb: 

“Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Beləliklə Prezident “Qarabağ - Azərbaycandır və nida işarəsi” dedi. 

Qarabağın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətimizin artırılması Prezidentin gündəlik fəaliyyətinin əsas prioritetlərindədir. Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub. 

Sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət siyasət nəticəsində əmək haqqı 2.4 dəfə, pensiya isə 3 dəfə yüksəlib. Ölkə rəhbərliyi vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqları daim diqqət mərkəzində saxlayır.

Bu insanlara Birinci vitse-prezident Mehriban Əliyeva məhəbbət və mərhəmət ilə dolu qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır.

Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.

 


VİDEO QALEREYA
Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X