Slimfit
  1. ƏDƏBİYYAT

Əliağa Vahid - Hədisi-tövbəni at bir kənara, badə gətir!

Əliağa Vahid - Hədisi-tövbəni at bir kənara, badə gətir!
Sakura

Əliağa Vahid - Hədisi-tövbəni at bir kənara, badə gətir!

Hədisi-tövbəni at bir kənara, badə gətir!
Xumarı dəf eləmə, mən xumara badə gətir!

Rəva deyil iki qiblə namaz, ya badə,
Nəmazə hövsala yoxdur, etibara badə gətir!

Demə: səhər gülə oxşar, qara gecə mişkə,
О ətrü rəngdə mey tap, bu zara badə gətir!

Könüldə dini tutub, vermə yol xürafatə,
Ki, mane olmaya mən meyküsarə badə gətir!

Ömür keçir yaxasın yırtaraq, ətəklə onu,
Salıb bu məclisə, ol biqərarə badə gətir!

Şərab carçısına hazıram deyəm "ləbbeyk",
Mənimlə həmdəm olan dosta, yarə badə gətir!

Səhər duası nədir, istərəm səhər qədəhin,
İcazə al, məni-büxtiyarə badə gətir!

Behiştin arxına, Xaqani, ehtiyacın yox,
Behişt ürəkdi, dur ol cuybarə, badə gətir!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR