Slimfit
  1. BİOQRAFİYA

Əlişir Nəvai

Əlişir Nəvai
Sakura

Əlişir Nəvai - özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri

Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi.Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri də Nəvai olmuşdur. Ancaq onun əsas böyük xidməti "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olmuşdur və bu baxımdan misilsizdir.

 

Türk dilinin üstünlüyü:

 

Əlişir Nəvai ərəbcə və farsçanı ana dili kimi bilir,öz dövründə bu dillərdə ən gözəl əsərləri yaza biləcək qədər incəliklərinə vaqif idi.Əsrlərə örnək olacaq əsərləriylə bunu sübuta yetirmişdi.Ancaq o dövrün dəbinə uyaraq ərəb dilində və xüsusilə fars dilində yazan Türk şairlərinə qarşı çıxır,Türk dilinin əcnəbi dillərin kölgəsində qalmasına qarşı üsyan edirdi. Nəvai Türk dilinin bir məcazlar,cinaslar,qafiyələr və fellər dili olduğunu,səs və məna incəlikləriylə çatdırılan qüdrətli ifadə imkanlarının fars dilindən üstün olduğunu bilir,bunu sübut etmək istəyirdi.Ona görə milli və yüksək bir ədəbiyyat,ancaq milli şüur və milli zövqün inkişaf etdirildiyi bir dildə yaradılırdı."Mühakəmət-ül-Lüğəteyn" adlı əsərini bu məqsədlə meydana gətirmişdi. Amma onun Türkcə anlayışı fanatik bir pantürkçülük deyildi.Ortaq bir İslam mədəniyyətinə sahib olan millətlərin bir-birindən söz almaları təbii idi və başqa cür ola bilməzdi.O da lazım bildiyi və çox işlənən sözləri almış,amma buları Türk dilinin kök sözləri kimi işlətmişdi.O,ədəbi əsərlərin doğrudan doğruya farsca yazılmasına qarşı çıxır,şairləri,ədibləri Türk dilinin on səkkiz min aləmdən daha yüksək göylər,ucalıqlar,fəzilətlər,incəliklər xəzinəsinə dəvət edirdi. Türklərlə əcəmlər eyni həyat şəraitində,eyni mühitdə və Türk hakimiyyəti altında yaşadıqları halda,böyüklü-kiçikli,bilikli-biliksiz hər Türkün fars dilində öyrənə bilməsi,ancaq farsların (əcəmlərin) Türk dilində öyrənməmələri,bu dildə yazmamaları Türkün əcəmdən daha üstün,ağıllı yaradıldığını göstərir. Əlişir Nəvai qarşılaşdırmasında fars dilində olan bütün anlayışların Türk dilində də olduğunu,ancaq Türk dilindəki çox gözəl,dərin mənalı anlayışların əcəm dilində olmadığını,Türkcədəki incə fellərin əcəmcədə (farscada) qarşılıqsız olduğunu söyləyir və buna yüzlərcə nümunə gətirir.Fellərdə olduğu kimi,başqa sözlərdə də Türk dilinin farscaya görə zəngin anlayışlarla dolu olduğunu söyləyir,çoxlu misal gətirir.

On beşinci əsrdə Çağatayca (Çağatay Türkcəsinin) klassik bir yazı dili olaraq şəxsiyyət qazanmasında Əlişir Nevâyî'nin əhəmiyyəti məlumdur. Neva əvvəlində və Nevâyî'nin çağında, Timurlular dövlətində Türkçe yazan sənətçilər azdır. Neva,Türkcəni ədəbi dil olaraq istifadə etməyən, Fars yazan çağdaşlarına çatar. çağdaşlarının Farsçanın qarşısında ədəbi dil olaraq Türkcəni qeyri-kafi görmələrini tənqid; əgər əmək verilsə Türkcənin də Fars qədər, hətta daha çox izahat incəliklərinə sahib olduğunun görüləcəyini ifadə edər.

 

Əsərləri

Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır.Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır.Bu əsərlərin hamısı məşhurdur,amma ən məşhurları "Mühakəmət-ül Lüğəteyn","Məcalisün-Nəfais" adlı əsərləriylə,beş məsnəvidən ibarət olan "Xəmsə"si və bütün şerlərini topladığı "Divan"lardır. "Mühakəmət-ül Lüğəteyn" adlı əsərində Türk və fars dillərini qarşılaşdırır.Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır,sübuta yetirir. "Məcalisün-Nəfais" şairlər və ədiblər təzkirəsidir.Başqa cür desək,bir ədəbiyyat tarixidir və 15. əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. "Xəmsə"sində "Fərhad və Şirin","Leyli və Məcnun" kimi mənzum romanları,Makedoniyalı İskəndərin həyatından bəhs edən "Səddi-İskəndəri",sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən "Səbəy-Səyyarə" adlı tarixi əsərləri,əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir.Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şerləri toplanıb.Qəzəllər,müxəmməslər,rübailər,müstəzadlar ,müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.

 

Təsirləri

 

Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə,həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş,çox məşhur Türk şairləri onu örnək bilmiş,ona təriflər yazmışdır.15. əsrdə yaşamış böyük Osmanlı şairi Əhməd Paşa,16. əsrdə yaşamış və Azərbaycan ləhcəsiylə yazmış məşhur Füzuli Nəvaidən təsirlənmişlər. Bir çox Osmanlı ziyalısı,o cümlədən Yavuz Sultan Səlim Nəvainin heyranı idilər.18. əsrdə böyük divan şairlərimiz Nədim belə Nəvai dilində (Cağatay ləhcəsiylə ) şerlər yazmışdır.Türkiyəli bir çox şairlər Nəvainin şerlərinə nəzirələr söyləmişlər.Bu təsir Tənzimatdan sonra belə özünü göstərmiş,Ziya Paşanın "Xərabat" adını daşıyan üç cildlik antoloji əsərində Nəvainin şerlərinə xüsusi yer verilmişdir.Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində də Nəvai elmi,dini,sənəti,Türkçülüyü və təsirləri ilə yer tutur.

 

Əlişir Nəvai deyir ki:

Nəvainin "Mühakəmət-ül Lüğəteyn" adlı əsəri bügünki yazı ilə kiçik bir kitabın 50 səhifəsini ancaq doldurar. Lakin həcm baxımından kiçik olan bu kitab məzmununun dəyəri isə dəryalar qədər böyükdür. "Mühakəmət-ül Lüğəteyn"dən bəzi cümlələr: "...Nəzm bağçasının şaqraq bülbülü Nəvai təxəllüsünü alan Əlişir (Allah günahlarını bağışlasın və eyiblərini örtsün) belə söyləyir: "Söz bir incidir ki,onun dənizi könüldür və könül bütün mənaları özündə toplar. Necə ki, dalğıclar dənizdən gövhərləri çıxarır və onlara zərgərlər yanında qiymət verilir. Könüldən söz inciləri çıxarmaq şərəfinə çatanlar da (dalğıclar da) bu işin mütəxəssisləridir. O incilər bu mütəxəssislər ağzında canlanır, qiymətlərinə görə yayılır və şöhrət qazanırlar. İncilər dəyərinə görə çox fərqli olurlar. Bir tüməndən yüz tümənə qədər olanları vardır. Əldən-ələ keçən ucuz incilərlə, sultanların qulaqlarına sırğa olan incilərin dəyərləri birmi?..." "...Belə məlumdur ki, Türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır. Fars isə elmdə və cəhd göstərməklə əldə edilən bir mənada daha yüksək və dərin görünür. Bu hal türklərin doğru, dürüst, təmiz niyyətli, farsların da elm və hikmətindən bəlli olur. Lakin türk və fars dilləri arasında qüsursuzluq və ya nöqsan baxımından çox böyük fərqlər vardır. Söz və ibarədə, sözlərin məna və qavramında türk farsdan üstündür. Türkün öz dilində elə incəliklər, gözəlliklər, sənətkarlıqlar vardır ki, inşallah yeri gəldikcə göstəriləcəkdir..." "...Türkün farsdan daha üstün, daha qabiliyyətli, daha aydın və parlaq olduğunun bundan qüvvətli sübutu olarmı: Bu iki millətin gəncləri, qoca, böyükləri, kiçikləri arasında yaxınlıq eyni dərəcədədir. Alış-verişləri, həyat tərzləri, oturub-durmaları bir-birlərindən heç fərqli deyildir. Eyni həyat şəraitində yaşarlar...Belə olduğu halda türklərin hamısı fars dilini yaxşı öyrənir və danışır, ancaq farsların heç biri türkcə danışmaz. Yüzdə, bəlkə mində biri türk dilində öyrənir və danışarsa da, onun türk olmadığı elə ilk sözündən məlum olur... Türkün farsdan qabiliyyətli olduğuna bundan daha qüvvətli sübut olmaz və heç bir fars bunun əksini iddia edə bilməz..." "...fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. İncə fərqlər, ən yüksək mənalar üçün belə sözlər yaradılmışdır ki, elmli adamlar tərəfindən açıqlanmazsa, asan anlaşıla bilməz" Onlardan bəziləri budur: (Əlişir Nəvai burada düz 100 nümunə verir). "...fars dilində bu yüz sözün incəliklərini, mənalarını ifadə edəcək sözlər yoxdur. Bu mənaları anlatmaq istəsələr uzun-uzun cümlələr yazarlar ki,o da ancaq ərəb sözlərindən istifadə ilə mümkündür..." İndi bunlara aid misallar verək: (Nəvai misallarını beytlərlə verir. Biz bir hissəsini verməklə kifayətlənəcəyik.) Fars dilində qarşılığı olmayan sözlər: Sıpqırmaq: içkini qətrə-qətrə süzüb soraraq içmək.(Bu cür içmək nəzakət qaydası sayılırdı ). Tamsımaq: içkini birdən-birə içməyib dadını duya-duya, udum-udum içmək. Ağlamaq (yığlamaq): müxtəlif cür olur. Farslar bir sözlə deyirlər. Amma türk dilində bunlar da vardır: Ağlamsınmaq: ağlayırmış kimi olmaq. İnləmək, sızlamaq: için-için, gizli-gizli, yavaş-yavaş ağlamaq deməkdir. Bu iki söz arasında fərq azdır. Sıtqamaq: güclü ağlamaq, çox ağlamaq. Hıçqırmaq: yavaş səslə ağlamaq. Türkcədəki çaxın (şimşək) və ildırım sözləri farscada yoxdur. Bunları ərəb dilindən aldıqları bərq və saiqə sözləri ilə əvəz etmişlər. Türklər böyük qardaşa ağa, kiçik qardaşa ini deyirlər, farslar hər iki halda bəradər sözünü işlədirlər. Fars ördəyin bütün növlərinə mürğab deyir. Türklər isə bu quşun erkəyinə sona, dişisinə yaşılbaş deyirlər. Fərqli olan növlərinə çörkə, almabaş, maviqanad, dəmirqanad, alapəkə, bağçal. ..kimi adlar verirlər ki, farslar bunların heç birini bilməz, hamısına mürğab deyərlər..." Nəvai yenə çox misallar verir və sonra belə deyir: "...Türkün biliksiz və zavallı gəncləri gözəl sanaraq farsca şeirlər söyləməyə çalışırlar. Yaxşı və dərin düşünsələr, türk dilində bu qədər ənginliklər, incəliklər, dərinliklər və zənginliklər olduğu halda, bu dildə şeir söyləməyin və sənətkarlıq nümayiş etdirməyin daha yaxşı, şeirlərin daha çox bəyəniləcəyini anlarlar..."

 

Yaradıcılığı

Xəmsəsi

  • Heyrət ül-əbrar
  • Fərhad və Şirin
  • Leyli və Məcnun
  • Yeddi səyyar
  • İsgəndərin səddi

 

Qəzəlləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR