Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
APREL ŞƏHİDLƏRİ

Orxan Əliyev Məhəmməd oğlu

Doğum tarixi : 11 avqust 1995 Vəfat tarixi: 2 aprel 2016 (20 yaşında)

328 Baxış
Orxan Əliyev Məhəmməd oğlu

Orxan Məhəmməd oğlu Əliyev (d. 11 avqust 1995; Qazax, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Orxan Əliyev 1995-ci ilin 11 avqust günündə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Orxan Əliyev 2015-ci ildə Bakı Texniki Kollecinin "Yol hərəkətinin təşkili" fakültəsini bitirib.

Hərbi xidməti

Əsgər Orxan Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Orxan Əliyev doğulduğu Qazax rayonunun Aslanbəyli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əliyev uğrunda şəhid olduğu torpaqa tapşırıldı.

Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgə Orxan Əliyevin əziz xatirəsinə həsr olumuşdur.


VİDEO QALEREYA
Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X