Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əlizaman İslamov Fərrux oğlu

Əlizaman İslamov Fərrux oğlu
Sakura

Doğum tarixi : 12 iyun 1997 Vəfat tarixi: 2 aprel 2016 (18 yaşında)

Əlizaman Fərrux oğlu İslamov (d. 12 iyun 1997; Lənkəran, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Əlizaman İslamov 1997-ci ilin 12 iyun günündə Lənkəran şəhərinin Cil kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Əlizaman İslamov doğulduğu Lənkəran şəhərinin Cil kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər İslamov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR