Slimfit
  1. MEDİA

Elley Duhe azərbaycanlı bitmeykerin musiqi sintezini bəyəndi

Elley Duhe azərbaycanlı bitmeykerin musiqi sintezini bəyəndi
Sakura

Dünyaca məşhur müğənni Elley Duhe Azərbaycanlı gənc bitmeyker Məhəmməd Mirzəzadənin ərsəyə gətirmiş olduğu miks musiqilərdən birinə müsbət reaksiya verib.

Belə ki, Azərbaycanlının Duhenin "Middle of the Night" mahnısı ilə mərhum Şövkət Ələkbərovanın "Getmə" mahnısının sintezi xanım müğənni tərəfindən xoş maraqla qarşılanıb. Müğənni öz müsiqisinin Azərbaycan mahnısı ilə bir arada səsləndirilməsindən məmnunluğunu gizlətməyib, Duhe "Maho Music" adlı "Youtube" kanalı və digər sosial şəbəkə paylaşımlarında musiqini bəyənib.

Bildirək ki, gənc bitmeyker Mirzəzadə 29 iyul 1994-cu ildə Lənkəranda anadan olub. Cəfər Cabbarlı adına Lənkəran 1saylı uşaq musiqi məktəbində, daha sonra Lənkəran Dövlət Humanitar Kollecinin "musiqi sənəti" fakültəsində təhsil alıb. Ali təhsilini  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin instrumental ifaçılıq (fortepiano) fakültəsində alıb. Bitmeyker ilk peşəkar musiqiçilik fəaliyyətinə 2012-ci ildə studiyalardan birində başlayıb. 2017-ci ildən "Protime Production"-da fəaliyyət göstərir.

Bitmeyker əsas fəaliyyətini milli musqiqlərimizin dünyada tanınmasına həsr edir. Mirzəzadə bir çox tanınmış sənət adamları tərəfindən də qəbul edilir. Gənc fəxrimiz bir sıra solo konsertlərdə ansamblda fortepiano ifası ilə də tanınır.

2017-ci ildən "Protime Production"-da fəaliyyət göstərən bitmeyker Mirzəzadə əsas fəaliyyətini milli musqiqlərimizin dünyada tanınmasına həsr edir. Gənc fəxrimizin musiqi fəaliyyəti bir çox tanınmış sənət adamları tərəfindən də alqışlanır, Nisə Qasımovanın bir sıra solo konsertlərində ansamblda fortepiano ifası ilə də sevilir.

Mirzəzadə "Protime Production"-da öz komandası ilə birlikdə Elnur Məmmədov, Səbinə İlyasova, MTV televiziya kanalı, Heydər Əliyev fondu, Çinarə Məlikzadə və. s bir çox məşhurlarla da işgüzar əlaqələrə malikdir.

Mirzəzadənin rəhbərlik etdiyi "Maho Music" lahiyəsini artıq uğurlu və faydalı hesab etmək olar. Kanalda 20-dən artıq sintez musiqilərə 2 milyona yaxın baxış əldə edə bilib.

Masin.Az saytının kollektivi Məhəmməd Mirzəzadəyə və "Maho Music" layihəsinə yaradıcı fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzu edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR