Slimfit
  1. MEDİA

“Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb

“Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb
Sakura

“Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb. Bununla bağlı açıqlama verən “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov bildirib ki, elmi resursların əlaqələndiricisi kimi dünyada aparıcı mövqeyə malik “EBSCO” ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası və inkişafına müsbət təsir göstərəcək. Səbuhi Qəhrəmanov imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO”-ya daxil edildiyini bildirib. Əlavə edib ki, AMEA-nın digər elmi jurnallarının da beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, “Türkologiya” jurnalı 2017-ci ildən ABŞ-ın MLA və SIS, Hollandiyanın SAJI, Türkiyənin TEI və SOBİAD, 2018-ci ildən isə Almaniyanın COSMOS IMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR