Slimfit
  1. MEDİA

“Elm” nəşriyyatında “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır

“Elm” nəşriyyatında “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır
Sakura

“Elm” nəşriyyatında “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunmasını hər birimiz şanlı və tarixi günlər kimi qeyd edirik. Bu əlamətdar hadisə insanlarımızda xoş ovqat, böyük ruh yüksəkliyi və yaradıcılıq şövqü yaratmışdır. “Elm” nəşriyyatı da bu şanlı qələbə münasibətilə mədəniyyət beşiyi olan Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir. Bu istiqamətdə “Elm” nəşriyyatında Akademik Zemfira Səfərovanın Şuşanın 270 illiyinə həsr edilmiş “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı kitabı çapa hazırlanır. Kitabın birinci hissəsi XIX-XX əsrlərin görkəmli alimi, rəssamı və musiqişünası M.M.Nəvvab və onun musiqi haqqında önəmli risaləsi “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) haqqındadır.

Kitabın ikinci hissəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan böyük ustad-xanəndə şuşalı Cabbar Qaryağdıoğlunun həyatı və yaradıcılığına həsr edilib.

Əsərdə Qarabağ, Şuşa şəhərinin Azərbaycan musiqisinin beşiyi olması vurğulanır, hər iki ustadın Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rolu göstərilir. Bir çox musiqiçilərimizin, xanəndə və sazəndələrimizin, görkəmli bəstəkarlarıızın, şairlərin vətəni olan Qarabağın, Şuşanın mənəvi həyatının ümumi mənzərəsinin təfsiri kitabda verilir.

 

AMEA “Elm” nəşriyyatı
Əlaqə:
(012) 539 78 91

elm_neshriyyati@science.az
elmneshriyyati@gmail.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR