Slimfit
  1. MEDİA

“Elm Tarixi” jurnalının üçüncü nömrəsi işıq üzü görüb

“Elm Tarixi” jurnalının üçüncü nömrəsi işıq üzü görüb
Sakura

“Elm Tarixi” jurnalının üçüncü nömrəsi işıq üzü görüb

Elm Tarixi” (Journal of History of Science) beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının üçüncü nömrəsi çapdan çıxıb.

Jurnalın bu sayında “Qıpçaq monqol etnik bağlılığı haqqında”, “Nizaminin “Sirlər xəzinəsi” əsərində rəng adlarının semantik strukturu”, “Elm gələcək rifahın təminatçısıdır”, “İrəvan qəzasının əhalisinin etnik tərkibi (1849-1917-ci illər) (rusdilli mənbələr əsasında)”, “İran – Ermənistan: münasibətlər və indikatorlar”, “Müasir təlim texnologiyalarının tətbiqində folklordan istifadənin nəzəri əsasları”, “Azərbaycanın Şirvan ərazisinin çala-çəmən və bataqlıq bitkiliyi” və s. başlıqlı məqalələr yer alıb.

Jurnalın redaksiya heyətinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov, baş redaktorun müavini Şahin Yəhyayev, məsul katibi isə Nuray Tanrıverdiyevadır.

Qeyd edək ki, “Elm Tarixi” jurnalında müxtəlif elmlərin tarixi, formalaşması, təsnifatı, inkişafı və təsviri, eləcə də elmi ixtira və kəşflərə dair məqalələr dərc olunur. Jurnalda ictimai və humanitar elmlər, fizika-riyaziyyat və texnika elmləri, yer elmləri, kimya elmləri, biologiya və tibb elmləri bölmələri üzrə Azərbaycan, rus, ingilis, türk, ərəb və fars dillərində məqalələr nəşr olunur.

 

https://hosj.az/nesre-dair-telebler/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR