Slimfit
  1. ELM

Elm təkzib etdi: Sağlamlıq haqqında hələ də inandığımız 6 tibbi mif

Elm təkzib etdi: Sağlamlıq haqqında hələ də inandığımız 6 tibbi mif
Sakura

Elm təkzib etdi: Sağlamlıq haqqında hələ də inandığımız 6 tibbi mif

Hələ 100 il əvvəl psixi pozuntuları beynin bir hissəsini parçalayaraq “müalicə edirdilər”. 50 il əvvəl isə qadınlar infarkt zamanı vaxtında kömək ala bilmirdilər, çünki xüsusi “qadın” simptomlarını sadəcə nəzərə almırdılar. Ens.az xəbər verir ki, günümüzdə də elm adamları tərəfindən rədd edilmiş bir çox köhnəlmiş prinsiplər var.

Peyvəndlər autizmə səbəb ola bilər

Bir çox valideynlər guya sübut olunmuş peyvəndlərlə yüksək autizm riskinin olmasına əsaslanaraq uşaqlarını təhlükəli xəstəliklərə qarşı peyvənd etdirməkdən imtina edirlər. Bir sıra geniş miqyaslı araşdırmalar təsdiq etdi ki, bu mifdir. Bu il mata araşdırmaların nəticələri göstərdi ki, peyvənd autizmin inkişaf riskinə təsir göstərmir.

Uşaqlıqda allergiyanız olmayıbsa, deməli heç vaxt olmayacaq

Təəssüf ki, bu belə deyil. İstənilən yaş və həyati mərhələdə müəyyən bir məhsula qarşı ağır formada da dözümsüzlük yarana bilər. Buna görə də əgər siz hansısa adi məhsula qarşı reaksiya hiss etdinizsə, həkimə müraciət edin və təsdiqləndikdə allergendən uzaq durun.

Astma böyüklərdə inkişaf etmir

Digər kədərli bir həqiqət: allergiya kimi asta da əvvəllər heç əziyyət çəkməmiş bir insanda birdən inkişaf edə bilər. Buna görə də bu xəstəliyin əlamətlərini bilmək, özünüzdə və ya yaxınlarınızda bu simptomları görsəniz vaxtında həkimə müraciət etmək lazımdır.

Kofe bədəndən mayeni çıxarır

Buna baxmayaraq, kofein sidikqovucu effektə malikdir, kofe və ya tərkibində kofe olan digər içkiləri gündəlik maye miqdarına uyğun qəbul etmək məsləhət görülür. Həkimlər kofenin adi su kimi orqanizm üçün maye mənbəyi olması fikrinə üstünlük verirlər.

Yumurta yemək xolesterolun səviyyəsini artırır

Uzun illər xüsusilə qızardılmış yumurta ürək sağlamlığından ciddi narahat olanlar üçün qadağan idi: hesab edilirdi ki, bu məhsullar orqanizmdəki “pis” xolesterolun səviyyəsini artırır və qan damarlarının divarlarının elastikliyini azaltmasına səbəb olur. Amma son araşdırmalar təsdiqlədi ki, yumurta istifadəsi ilə təhlükəli xolesterolun yığılması arasında birbaşa əlaqə yoxdur. Üstəlik yumurta ürək üçün faydalıdır, belə ki, yumurta sarısında A, D, E və K vitaminləri, kalsium, dəmir və xolin var.

Xoruldamaq normaldır

Əslində xoruldamaq bir halda - sizdə zökəm varsa, təhlükəsiz və normaldır. Başqa hallarda xoruldamaq sağlamlığınızla bağlı bir problemin olmasından xəbər verən bir siqnaldır. İkinci tip diabet, yüksək qan təzyiqi, ürək xəstəlikləri - xoruldamaqla bağlı xəstəliklərin hələ kiçik bir hissəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR