Ens.az
19 noyabr 2019, çərşənbə axşamı
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Elman Eldaroğlu

Elman Eldar oğlu Mustafayev - jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Elman Eldaroğlu

Elman Eldaroğlu (tam adı: Elman Eldar oğlu Mustafayev) — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı

Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Yardımlı rayonunun Sırıq kəndində anadan olub.

1973-1981-ci illərdə Sumqayıt şəhərində fəaliyyət göstərən 17 saylı orta məktəbdə 8 illik təhsil aldıqdan sonra 1981-1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsilini davam etdirib, eyni zamanda "Sosialist Sumqayıtı" qəzetində fəaliyyət göstərmiş iki illik jurnalistika kursunda bu peşənin sirlərinə yiyələnərək, həmin qəzetin ştatdankənar müxbiri işləyib.

1985-1987-ci illərdə əsgəri xidmətini keçib.

1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnistitutuna qəbul olunub. Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin sədri, "Yardımlının səsi" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur.

"Alın yazısı", "Bir yarpaq ömrü", "Bir elin övladları" kitablarının və 20-dən çox publisistik kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

19 noyabr vertalyot qəzasında həlak olmuş Vəli Məmmədov haqqında "Millətin Vəlisi", kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında "Odlu həyat", tanınmış el ağsaqqalı Baxas Qubadov haqqında *Söz və əməl sahibi* sənədli filmlərinin təşkilatçısı və quruluşçu rejissorudur.

2015-ci ildən ABŞ-da yaşayır.

 

Kitabları

  • "Alın yazısı",
  • "Bir yarpaq ömrü",
  • "Bir elin övladları"
  • "Ömrün Yardımlı döngəsi"





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X