Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb
Sakura

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

 

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.

Trend-in XİN-ə istinadən verdiyi məlumata görə, Forumun qarşıdan gələn tədbirləri haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.

Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsinin yollarını, eləcə də Forumun beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR