Slimfit
  1. ƏDƏBİYYAT

Elşən İsmayıl - Həyatımın qadını...

Elşən İsmayıl - Həyatımın qadını...
Sakura
:62

Elşən İsmayıl - Həyatımın qadını...

Dağ başından çəkilən bir duman kimi,

Çəkdin həyatımdan sən bütün dərd-səri,

Aldın məni yozlaşmış, miskinləşmiş həyatdan,

Apardın xoşbəxtliyin qanad çaldığı gözəlliyə...

Eşqdən, məhəbbətdən çıldıran gözlərim

Baxdı sənə və yalnız sənə -

- Sən ey, məhəbbətim,

Ehtirasım, hərarətim

Söndü sənlə və son buldu

Bütün keçici həvəslərim,

Sənsən eşqim, yarım mənim,

Həyatımın qadını, həqiqi xoşbəxtliyim...

 

*** *** ***

 

Bir dağ havası qədər gözəl,

Özəl oldu hər anımız,

Son bulmadan həyatımız,

Eşqlə dolaq, eşqlə yanaq,

Özümüzü biz bəxtəvər,

Hər bir kəsdən mutlu sanaq...

Gəl, əl-ələ tutaq gəzək,

Bu dağlarda ceylan kimi,

Cüyür kimi biz gəl, süzək,

Üzək, içək saf suların,

Narin-narin damcıları yusun bizi,

Gəl, səninlə ilk baharın

Əzizliyi, gözəlliyi udsun bizi...

 

*** *** ***

 

Bir dağ yağumurutək,

Bir meşənin şehi kimi,

İncə-incə süzülək,

Düzülək, ətir saçaq

Lalə kimi, çiçək kimi

O gül qoxan bənizini

Mən də görüm,

Mən də sevim Tanrı təki...

Arzulardan qorxma gülüm,

Xəyallarım səninlədir,

Sevgimizin al günəşi

Qorxma, səni isidəcək,

Yağmurlu havada çıxan günəş,

Bir göy qurşağı bənzəri tək,

Gözəl olaq, özəl olaq,

Şairlərin sözlərində

Sözəl olaq...

 

*** *** ***

 

Elə bil ki, Şərq günəşi parıldayır

Hər gün mənə,

Sızıldayır arzularım,

Soyuqdan, şaxtadan donan cismim kimi,

Ruhum da, qəlbim də səni və

Yalnız səni arzulayır...

Sən sönməyən atəşimsən,

Sübh tezdən gülümsəyən,

İşıq saçan günəşimsən.

Arzulardan qorxma, gülüm,

Xəyallarım sənin olsun,

Mənə elə baxma, gülüm,

Qoy ürəyim səndə qalsın,

İstəmirəm, əsla ruhum

Yalnızlaşsın, içim sönsün,

İşıq kimi, alov kimi,

Yanma mənsiz,

Mən də sənsiz, alışmaram

Yoxluğuna,

Canım səndən ayrı deyil,

Sənsiz ərməm mən hüzura...

 

*** *** ***

 

Həyatımın qadını,

Gəl, bu ürək səni istər,

Səni gözlər bütün günü,

Bir az ala, bir az qara

Dərdli gözlər,

Şirin sözlər sənlə olsun,

Bilməm hara, bilməm necə

Gedəcəyəm, edəcəyəm,

Bitəcəyəm, sənsiz...

Ruhum daha yalnız deyil,

Əgər sən yanımdasansa,

Elə bil ki heç güz deyil,

Payız deyil bax, bu fəsil,

Gəl, ömrümə hakim kəsil,

Al məni öz qollarına,

Sal könlümü yollarına,

Həyatımın qadını,

Həyatım ol, gəl, al məni...

 

ELŞƏN İSMAYIL

Sənsiz bir payız axşamı...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR