29 mart 2020, bazar
.
.
chevron_left chevron_right
ƏDƏBİYYAT

Elşən İsmayıl - Qan, şərab və qadın

Elşən İsmayıl - Qan, şərab və qadın

191 Baxış
Elşən İsmayıl - Qan, şərab və qadın
Dinləmə sayı: 15

Qan, şərab və qadın –

- Hər üçü can alandı,

Hər üçündə böyük yaşam,

Hər üçündə məhəbbət var.

Biri savaş nəticəsi,

Biri savaş səbəbidir,

Digəri

Savaşın, barışın özüdür...

 

Sevgidir tənhalığın düşməni,

Arzudur sevginin yelkəni.

Tənhalıqdan ayıran da,

Yenə tənha qoyan da

Bir qanın gözləridir,

Sözləridir

İnsanı şəraba meyl etdirən,

Qısqanclığı

İnsana qan udduran...

 

 Qan, şərab və qadın –

- Hər üçü ehtiras dolu,

Şəhvətin səngəridir.

Qaça bilməzsən üçündən də,

Əgər ali olmasan.

Seçməlisən, keçməlisən:

Bu böyük bir imtahandır.

Bəzən acı bir həqiqət,

Bəzən bir şirin yalandır!

 

*** *** ***

 

Qan tökmədən dayanmayır

İnsan əli,

Sanki şərab bihuş edib.

Doyammayır, dayanmayır,

Bu zillətli savaşdan

Əsla geri çəkilməyir.

Savaşın özü çətin olsa da,

Nəticəsi çox gözəldir –

- Sanki gözəl bir qadının

Gülümsəməsi...

 

Kölə edir o qadının

Odlu gözləri.

Sözləri və qısqanclığı:

- Şərab içib qan qusduran,

Hər bir şeyi unutduran

O gözəl nəvazişi.

Gah anadır – qayğıkeşdir,

Gah da bir qızcığaz –

- Naz eləyir...

 

6 Fevral 2020


Müəllif: Elşən İsmayıl





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


Etiketlər:
VİDEO QALEREYA
Xınalıq
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X