Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elşən Səmədov Səlim oğlu

Elşən Səmədov Səlim oğlu
Sakura

Doğum tarixi : 20 iyul 1997 Vəfat tarixi: 2 aprel 2016 (18 yaşında)

Elşən Səlim oğlu Səmədov (d. 20 iyul 1997; Şamaxı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Elşən Səmədov 1997-ci il 20 iyulda Şamaxı rayonunun Göylər qəsəbəsində anadan olub.

Hərbi xidməti

Əsgər Elşən Səmədov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-da isə Elşən Səmədov, doğulduğu Şamaxı rayonunun Göylər qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Elşən Səmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elşən Səmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR