Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elvin Mirzəyev Azadxan oğlu

Elvin Mirzəyev Azadxan oğlu
Sakura

Doğum tarixi : 13 fevral 1994 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)

Elvin Azadxan oğlu Mirzəyev (d. 13 fevral 1994; Xaçmaz, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Elvin Mirzəyev 1994-cü il 13 fevralda Xaçmaz şəhərində anadan olub.

Hərbi xidməti

Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-da isə Elvin Mirzəyev, doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Elvin Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR