Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Elvin Qayıbov Sədrəddin oğlu

Elvin Qayıbov Sədrəddin oğlu
Sakura

Doğum tarixi : 26 dekabr 1989 Vəfat tarixi: 2 aprel 2016 (26 yaşında)

Elvin Sədrəddin oğlu Qayıbov (d. 26 dekabr 1989; Xaçmaz, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Elvin Qayıbov 1989-cu ilin 26 dekabr günündə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.

Hərbi xidməti

Çavuş Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Elvin Qayıbov Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və çavuş Qayıbov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR