Slimfit
  1. MƏŞHURLAR

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir
Sakura

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

Ötən gün “Sea Breeze”də keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub. Xalq artisti Emin Ağalarov səhnə öncəsi media nümayəndələrinin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, Xalq artisti iyulun 25-dən 28-dək baş tutacaq “Jara-2019”un hazırlıqları, möhtəşəm duetlər və rusiyalı ulduzların keçirilməsi planlaşdırılan yaradıcılıq gecələri haqqında danışıb.

Emin gələcəkdə Azərbaycanda “Jara” radiosu, eləcə də, “Jara TV” açmaq niyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və “Jara” mükafatı məhz yerli ulduzlara veriləcək.

Qeyd edək ki, “Jara” musiqili festivalı ölkəmizdə dördüncü ildir ki, Xalq artisti Emin Ağalarov tərəfindən təşkil olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR