Slimfit
  1. BİOQRAFİYA

Əmir Teymur

Əmir Teymur
Sakura

Əmir Teymur — görkəmli sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı…

Teymur (9 aprel[1][2] 1336, Hoca-İlqar kəndi, müasir. Şaxrisabz, Özbəkistan — 18 fevral 1405, Otrar, müasir Qazaxıstan; Çağatay dilində تیمور (Temür‎, Tēmōr) — "dəmir") — görkəmli sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

 

Adı və şəxsiyyəti

Teymurun adı

Ərəb ad qaydcmorına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub.

Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan  (fars. Timūr Gurkānīتيموﺭ گوركانی) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi.

Müxtəlif fars mənbələrində tez-tez Teymur Ləng (fars. Tīmūr-e Lang, تیمور لنگ) yəni "Topal Teymur" adına rast gəlmək olar. Ehtimal olunur ki, bu addan həmin dövrdə Teymuru alçaltmaq və həqarət etmək üçün istifadə olunub. Bu söz sonradan qərb dillərində müxtəlif formalarda yayılır (TamerlanTamerlaneTamburlaineTimur Lenk). Rus dilinə də keçən bu söz (Тамерлан) öz ilkin kökündən fərqli olarq heç bir neqativ çalara malik deyil və "Teymur" sözü ilə yanaşı şəkildə işlədilir.

 

Teymurun şəxsiyyəti

 
Teymur Səmərqənddə məclislərin birində

Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi (Səmərqənd, Herat, Şiraz və Təbriz şəhərlərində çoxlu sayda yüksək rütbəli məmur rüşvətxorluğa görə cəzalandırılmışdı).

Teymur alimlər ilə söhbət etməyi xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymurun özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri olan İbn Xəldunu çox təəccübləndirmişdir. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı.

Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir. Teymurun tikililəri, hansıların ki, yaradılmasında şəxsən özünün fəal iştirakı olub, Teymurun bədii zövqünü nümayiş etdirib.

Teymur başlıca olaraq özünün doğma şəhəri Mavərənnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq". Bu insanları ancaq həyatlarının son illərində daha çox sərhədyanı bölgələrdə yerləşən şəhərlərə işləmək üçün göndərirdilər (1398-ci ildə Əfqanıstanda yeni suvarma kanalı çəkilir, 1401-ci ildə isə Cənubi Qafqazda və s.).

 

Uşaqlıq və gənclik

Teymur 1336-ci ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib.

Onun uşaqlıq və gənclik illəri Keş dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at yarışlarını, nizə tullamağı və ox atmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib.

 

Teymurun xarici görünüşü

M.M.Gerasimov tərəfindən Əmiri-Gur məqbərəsinin açılmasından sonra Teymura aid edilən skeletin tədqiq edilməsi zamanı onun boyunun 172 sm olması aşkarlanıb. Teymur çox güclü idi, fiziki cəhətdən o, xeyli inkişaf etmişdi, onun müasirləri belə yazırdılar: "Əksər döyüşçülər oxun yayını kürəcik sümüyünə kimi dartıqları zaman, Teymur yayı qulağına kimi gətirə bilirdi". Teymurun saçları eyni qəbilədən olan qohumları kimi açıq rəngli idi.

Teymurun yaşının çox olmasına baxmayaraq (69 yaş) onun kəllə sümüyü və skeletində açıq nəzərə çarpan qocalıq cizgiləri yox idi.

 

Ölümü

Əmir Teymur 18 Fevral 1405 tarixində, Çinə səfərə gedərkən Otrar'da 69 yaşında öldü. Dərhal, Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abâd yaxınlarındakı mədrəsəsinə dəfn edildi. Teymur, nəvəsi Məhəmməd Sultanı taxtının varisi kimi görürdü. Ancaq Məhəmməd Sultanın 1404-ci ildə, gözlənilməz şəkildə gənc yaşında ölümünün ardından Teymur bu çox sevdiyi və ardılı olaraq gördüyü nəvəsi üçün Səmərqəndin seçmə bir təpəsində adına yaraşar bir böyük mozeleum inşasını əmr etmiş Məhəmməd Sultan bura dəfn edilmişdi. Mozeleum, abidə məzar, məscidi və mədrəsə strukturlarından meydana gəlirdi. Teymur da ölümünün ardından çox sevdiyi nəvəsinin yanına dəfn edildi. O zamandan sonra Gur Əmr, bütün Teymur xanədanın birlikdə yatdığı abidə məzar vəziyyətinə gətirildi. Teymurun ölümündən sonra oğlu Şahruh, digər oğlu Miranşah və nəvəsi Uluqbəy bura dəfn edildi. Gur Emir Mavzoleyi yeddi hissədən ibarət idi: Sağda müsəlmanların dua etdiyi hanaka, solda mədrəsə və mərkəzdə mosoleum, iki tərəfində abidəsi tamamlayan iki minarə. Mədrəsə və hanaka günümüzə çata bilməmişdir. Abidənin yüksək qübbəsinin altında üç sıra halında yan-yana yatan on qədər mərmər məzar daşı olmaqla birlikdə Yalnız Teymurun mezartaşı qara rəngdə nephritis daşıdır ancaq bura simvolik məzardır. Gerçək məzar bu salonun altındakı salonda var və ziyarətə açıq değildir.Teymurun bədəni, daş lahdinin içində yatmaqdadır. İslam ənənəsi ilə başı Məkkədəki Kəbəyə istiqamətlidir. Orta Asiya ənənəsində müqəddəs ölülərin məzarlarına qoyulan at quyruğunun burada da olduğu mozelenin təmiri əsnasında ortaya çıxarılmışdır. Qzaxıstanda vəfat etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR