Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əmiraslan Xeyirbəyov Xəlil oğlu

Əmiraslan Xeyirbəyov Xəlil oğlu
Sakura

Doğum tarixi : 10 dekabr 1994 Vəfat tarixi: 2 aprel 2016 (21 yaşında)

Əmiraslan Xəlil oğlu Xeyirbəyov (d. 10 dekabr 1996; Qusar, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Əmiraslan Xeyirbəyov 1996-cı ilin 10 dekabr günündə Qusar rayonunun Caqarqışlaq kəndində milliyətcə ləzgi ailəsində anadan olub.

Hərbi xidməti

Əsgər Əmiraslan Xeyirbəyov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Əmiraslan Xeyirbəyov doğulduğu Qusar rayonunun Caqarqışlaq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Xeyirbəyov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əmiraslan Xeyirbəyov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR