Slimfit
  1. TARİX

Ən qədim şahmat fiquru tapıldı

Ən qədim şahmat fiquru tapıldı
Sakura

Ən qədim şahmat fiquru tapıldı

Şahmat günümüzə qədər çatmış dünyanın ən qədim stolüstü oyunlarından biridir, bunu Kanada Universitetinin alimləri tərəfindən edilmiş kəşf təsdiqləyib.

Ens.az xəbər verir ki, İordaniyanın Humayma ticarət məntəqəsində tapılan kiçik düzbucaqlı daş məlum olan ən qədim şahmat fiqurudur. Bu, təxminən 1300 il yaşında olan topdur.

Ovuc ölçüsündə olan bu şahmat fiquru 1991-ci ildə Orta Şərqin qədim ticarət məntəqələrindən olan müasir İordaniyanın cənub rayonlarının birində tapılıb. Məlum olub ki, bu, dünyada ən qədim şahmat fiqurudur.

Onun təxminən 1300 yaşı var və yuxarı hissəsində buynuz şəklində iki kənarı olan düzbucaqlı bir daş parçasıdır. Oxşar fiqurlar regionun digər bölgələrində də tapılıb, amma onların hər birinin yüz ildən az yaşı var, - Kanada Universitetinin alimi, arxeoloq Con Oleson şərq araşdırmaları üzrə Amerika məktəblərinin konfransında bildirib.

Alimin fikrincə, qorunan yazılı sübutlar onu göstərir ki, şahmat Hindistanda ən az 1400 il əvvəl yaranıb. Oyunu Avropaya tacirlər və diplomatlar gətiriblər. Humaymada yerləşən şahmat fiquru ticarət mərkəzində dayanan qalalardan birində tapılıb. O, eramızın 680-749-cu illərində istifadə olunub.

Müasir İordaniyadakı qədim ticarət məntəqəsi - Humayma

“Şahmat erkən İslam dünyasında geniş populyarlıq qazandı”, - Oleson deyir. O dövrün İslam yazıları müsəlmanlar və xristianlar, həmçinin varlılarla kasıblar arasında keçirilən şahmat turnirlərindən bəhs edir. Humaymada tapılan ən qədim top hazırda Viktoriya Universitetində saxlanılır.

Yeri gəlmişkən, onun yaşını təyin edən Oleson şikayətlənib ki, onun 10 yaşlı nəvəsi həmişə şahmatda onu udur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR