Slimfit
  1. AVTO VƏ MOTO

Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlanıb

Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlanıb
Sakura

Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlanıb

“Euro NCAP” mütəxəssisləri 2019-cu ilin ən təhlükəsiz avtomobillərinin reytinq siyahısını tərtib edib.

AZƏRTAC xəbər verir ki, qəza testlərinin nəticələrinin dərc olunduğu “CarBuyer” portalının məlumatına əsasən, sərnişinlərin təhlükəsizliyini 96 faiz təmin edən “Mercedes-Benz A-Class” kiçik ailə avtomobili kateqoriyasında ilk yerdə qərarlaşıb. Avtomobil əyləc assistenti, zolaqda saxlama assistenti və sürücünün yorğunluğuna nəzarət edən sistemlə təchiz olunub. Siyahıda ikinci və üçüncü yerləri “Ford Focus” və “Nissan Leaf” avtomobilləri tutub.

Böyük ailə avtomobili kateqoriyasında sınaqdan keçirilən maşınlar arasında sərnişin və uşaqların təhlükəsizliyi baxımından ən yaxşı nəticə göstərən “Audi A6” ilk pillədə yer alıb. Avtomobil sürücüyə ən yeni yardım texnologiyaları ilə təchiz edilib. Reytinqdə növbəti yerlərdə “Mazda 6” və “Volvo V60” avtomobilləri qərarlaşıb.

Krossoverlər arasında ən etibarlı avtomobil isə uşaqlar və böyüklərin təhlükəsizliyini müvafiq olaraq 86 və 89 faiz təmin edən “BMW X5” seçilib. Bu kateqoriyada ikinci və üçüncü yerlərin sahibi “Wolkswagen Touareg” və “Jaguar I-Pace” avtomobilləri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR