Slimfit
  1. GÜNDƏM

Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK

Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK
Sakura

Ən yüksək faiz Vasif Talıbov, ən aşağı faiz Razi Nurullayev – İLK VƏ SON BEŞLİK

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində bütün dairələr üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb.

Modern.az Komissiyanın saytına istinadən ən yüksək və ən aşağı səs faizi ilə rəqiblərini üstələyən deputatların siyahısını təqdim edir. 

1 saylı Şərur-Sədərək Seçki Dairəsinin qalib namizədi  Vasif Talıbov 94.6 % səslə rəqiblərini üstələyib. Vasif Talıbov bütün 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir.

2 saylı Şərur Seçki Dairəsindən namizəd İsa Həbibbəyli 86.3 % səslə qalib gəlib.

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən namizəd Eldar İbrahimov 84.9 % səslə qalib gəlib.

Namizədlərin səs faizlərinin nisbətinə uyğun olaraq, 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsindən qalib gələn Səttar Möhbaliyev 83.2 % səslə 4-cü sıradadır.

5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizəd olan Siyavuş Novruzov 81.1 % səslə beşinci ən çox səs toplayan namizəddir.

Ən aşağı səs faizi ilə qalib gələn namizədlərin sıralaması isə aşağıdakı kimidir:

79 saylı İmişli Seçki Dairəsi - Razi Nurullayev - 20.9 %

61 saylı Neftçala Seçki Dairəsi - Sabir Rüstəmxanlı - 21.4 %

47 saylı Mingəçevir Seçki Dairəsi - Aydın Mirzəzadə - 30.1 %

34 saylı Xətai İkinci Seçki Dairəsi – Mixail Zabelin - 35.1 %

16 saylı Yasamal İkinci Seçki Dairəsi - Erkin Qədirli - 35.6 %

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR