Ens.az
21 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
TEXNOLOGİYA

“Epson” şirkəti dünyada ən yığcam printer təqdim edib

“Epson” şirkəti dünyada ən yığcam printer təqdim edib

47 Baxış
“Epson” şirkəti dünyada ən yığcam printer təqdim edib

1,5 kq ağırlığında olan yeni “Epson WF-110” printeri yol çantası və ya portfelə asanlıqla yerləşir. Printer həm USB, həm də şəbəkə vasitəsilə enerji toplaya bilən litium-ion batareyası ilə təchiz edilib. Qurğuya əlavə kənar batareya qoşmaqla onun işləmə müddətini artırmaq olar, bu halda printerin çəkisi artaraq 2,04 kq olacaq.

 “ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, bu printer USB-kabeldən başqa “Wi-Fi” və “Wi-Fi Direct” protokollarından istifadə edə bilər, buna görə “WF-100” cihazı asanlıqla smartfon və planşetlərə qoşulur. Bundan başqa, “Alexa”, “Google Assistant” və ya “Siri” səsli köməkçilərinin köməyi ilə sözügedən printeri idarə etmək mümkündür. Printer 1,4 düymlük rəngli maye kristal ekran və kiçik idarəetmə paneli ilə təchiz edilib.

 “Epson WF-100” printeri ağ-qara şəkillər üçün sənədləri və 10x15 sm ölçüsündə şəkilləri dəqiqədə 6,7 səhifə sürəti ilə, rənglilər üçün isə dəqiqədə 3,8 səhifə sürəti ilə çap edir. Yeni kiçik ölçülü printerin qiyməti 300 dollardır.

 

Emil Hüseynov





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X