Ens.az
18 oktyabr 2019, cümə
.
.
chevron_left chevron_right
TƏBİƏT

Əqrəblər

Əqrəblər

939 Baxış
Əqrəblər

Əqrəblər (lat. Scorpiones) — Hörümçəkkimilər sinfinə aid heyvan dəstəsidir. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımdayaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.

Ümumi xarakteristika

Əqrəblər orta və iri ölçülü xeliserlilər olub, adətən 5-10 sm, bəzən də 20 sm-ə qədər olurlar. Bədəninin üzəri xitinləşmiş kutikula qatı ilə örtülmüşdür. Xitin örtüyün tərkibində kalsium-korbonat vardır və ona görə də örtük çox möhkəmdir. Əqrəbin bədəni iki hissədən – baş-döş və qarıncıqdan ibarətdir. Baş—döş hissə bel tərəfdən karapakszirehi ilə örtülmüşdür. Karapaks akron və baş-döş hissənin altı buğumunun terqitinin birləşməsindən əmələ gəlmişdir. Zireh bütövdür və bu hissədə bir cüt nisbətən iri mürəkkəb gözlər, 5 cütə qədər də kiçik gözcüklər vardır. Baş-döş hissədə stermum adlanan xitinləşmiş lövhə vardır. Baş-döş hissədə bir çox ətraflar vardır. Bu orqanlardan biri əqrəblərin aid olduğu yarımtipi səciyyələndirən xeliserin olmasıdır. Xeliser çox da iri olmayıb bir cütdür və ağız dəliyinin önündə yerləşmişdir. Xeliser üç buğumludur. Birinci buğum qısadır, qalan iki buğum isə qısqac əmələ gətirmişdir. Qısqacların biri hərəkətli, digəri isə hərəkətsizdir və daxili hissədən xitin dişciklərlə təchiz olunmuşdur. Odur ki, xeliser qidanın qoparılmasında, xırdalanmasında əsas rol oynayır. Baş-döş hissənin ikinci orqanı pedipalplar və ya çənə ayaqlarıdır. Pedipalplar bir cüt olub, yaxşı inkişaf etmşdir və qurtaracağında iri qısqacı vardır. Pedipalplar hissetmə orqanı olmaqla yanaşı, qidanın tutulmasında da iştirak edir. Əqrəbin baş-döş hissəsində dörd cüt yürüş ayaqları vardır. Yürüş ayaqları, demək olar ki, eyni tipli olub, müxtəlif ölçülü buğumların birləşməsindən əmələ gəlmişdir. Hər bir ayaq çanaq, burma, bud, baldır və pəncə adlanan hissələrdən ibarətdir. Pəncə üçbuğumludur və qurtaracağında caynaq vardır. Qarıncıq hissə 12 buğumdan və telsondan ibarətdir. Buğumlarının quruluşuna görə qarıncıq iki hissəyə - ön və arxa qarıncığa ayrılır. Ön qarıncıq enlidir, 7 buğumu vardır və mezosom adlanır. Arxa qarıncığın buğumları isə silindrşəkilli olub ensizdir, 5 buğumludur və metasom adlanır. Qarıncığın qurtaracağında şişmiş formada olan telson yerləşmişdir. Telsonda zəhər ifraz edən bir cüt vəzilər vardır. Zəhər telsonda olan neştər vasitəsilə şikarına yeridilir. Qarıncıq hissədə aydın görünən heç bir ətraf yoxdur. Bununla belə, elə orqanlar da vardır ki, onlar ətrafların şəkildəyişməsindən əmələ gəlmişdir. Bu orqanlara, xüsusilə cinsi qapaq, daraqşəkilli çıxıntı və ağciyər aiddir.

Həyat tərzi

Əqrəblər yırtıcı həyat tərzi keçirərək, isti ölkələrdə yayılmışdır. Gündüzlər yuvada, daşların, ağac qabıqlarının altında və s. yerlərdə gizlənərək, gecələr ova çıxırlar. Əqrəb zəhəri insanlar üçün qorxulu olmayıb, şiş əmələ gətirir və baş ağrıları verir.

Fəsilələri

  • Akravidae
  • Bothriuridae
  • Qalınquyruq əqrəblər (Buthidae)
  • Caraboctonidae
  • Chactidae
  • Chaerilidae
  • Diplocentridae
  • Euscorpiidae
  • Hadogenidae
  • Hemiscorpiidae
  • Heteroscorpionidae
  • Ischnuridae
  • Iuridae
  • Lisposomidae
  • Microcharmidae
  • Pseudochactidae
  • Scorpionidae
  • Superstitioniidae
  • Urodacidae
  • Vaejovidae

Xarici keçidlər

Krım əqrəbi

Zəhərli hörümçəkkimilər

Həmçinin bax

Hörümçəkkimilər

Ədəbiyyat

  • B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 363

İstinadlar

  1.  B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, səh. 363
Scorpionwithyoung.JPG
Asian forest scorpion in Khao Yai National Park.JPG
Bark Scorpion.jpg





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


Etiketlər:
VİDEO QALEREYA
Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X