Slimfit
  1. DÜNYA

Ərdoğan: “Vaksin bəşəriyyətin ortaq istifadəsinə buraxılmalıdır”

Ərdoğan: “Vaksin bəşəriyyətin ortaq istifadəsinə buraxılmalıdır”
Sakura

Ərdoğan: “Vaksin bəşəriyyətin ortaq istifadəsinə buraxılmalıdır”

“Hansı ölkədə hazırlanarsa-hazırlansın, istifadəyə hazır hala gətiriləcək peyvəndlər bəşəriyyətin ortaq istifadəsinə buraxılmalıdır”.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

“Buradan növbəti dəfə tibbi ləvazimat ilə dərman tədarükü və vaksin hazırlanması çalışmalarının rəqabət məsələsinə çevrilməməsinə səslənirəm”, - ölkə başçısı söyləyib.

R.T.Ərdoğan çıxışında pandemiya dövrü ərzində koronavirusla mübarizə çərçivəsində Türkiyənin beynəlxalq arenadakı fəaliyyətindən də bəhs edib: “Türkiyə olaraq pandemiya böhranının ilk günlərindən bütün beynəlxalq platformalarda əməkdaşlıq çağırışları etdik. G-20-də, Türk Şurasında, MİKTA-da, İslam Əməkdaşlıq Təşkilatında və digər platformalarda pandemiya ilə mübarizə məqsədli çalışmaların ən ön sıralarında yer aldıq. “Dost qara gündə bəlli olar” anlayışı ilə tibbi ləvazimat yarıdımı tələb edən 146 ölkəyə və 7 beynəlxalq quruluşa əlimizi uzatdıq. Apardığımız təxliyə əməliyyatlarında 141 ölkədəki 100 mindən çox vətəndaşımızın evlərinə qayıdışını təmin etdik. Eyni səfərlərlə 67 ölkədən 5 500-dən çox əcnəbini də vətənlərinə qovuşdurduq. Bütün bunları “koronavirus diplomatiyası” niyyəti ilə etmədik. Yardım və təxliyə çalışmalarımız üçün heç kimdən hər hansı bir qarşılıq gözləmədik, gözləmirik də. Qurbanların və məzlumların yanında olmaq, millətimizin mayasında və təşəbbüskar və humanitar xarici siyasətimizin mahiyyətində var”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR