Slimfit
  1. GÜNDƏM

Ermənilər Kəlbəcərin yeraltı sərvətlərindən 55 milyon qazandı

Ermənilər Kəlbəcərin yeraltı sərvətlərindən 55 milyon qazandı
Sakura
:0

Kəlbəcərin yeraltı sərvətlərindən separatçı rejim son 9 ayda 55 milyon qazandı...

Bu, hələ rayon ərazisindəki  yalnız bir dağ-mədən şirkətinin ödədiyidir...
 
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “maliyyə qurumu”  2019-cu ilin yanvar-sentyabr aylarında 300 ən böyük vergi ödəyicisini  müəyyən edib. 
 
Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, həmin ödəyicilər Azərbaycan torpaqlarının yeraltı-yerüstü sərvətləri hesabına separatçı rejim büdcəsinə ümumilikdə   34 milyard 72 milyon 600 min dram (təxm. 122 miilyon AZN) ödəyiblər. Ən böyük 3 vergi ödəyicisi isə “Base metals” şirkəti,  “Artsaxbank” və “Karabaxtelekom” qanunsuz mobil operatorudur. 
Əsasən Azərbaycanın Kəlbəcər rayonu ərazisində (Heyvalı, Mehmana və s. kəndləri) qızıl, mis, molibden və s. qiymətli metal yataqlarının qanunsuz istismarıyla məşğul olan “Base metals” şirkəti isə vergi ödənilməsinə görə 1-ci yerdədir.  Həmin qanunsuz qurum  separatçı rejim büdcəsinə 15 milyard 369 milyon 500 min dram(təxm. 55 milyon AZN) ödəyib... 
 
Bu, hələ Qarabağ, o cümlədən Kəlbəcər ərazisində fəaliyyət göstərən  yalnız bir dağ-mədən şirkətinin ödədiyidir...
 
Sultan Laçın
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR