Dərc edildi: Baxış sayı: 533
Ermənistan XİN: "Azərbaycana sülh sazişi üzrə təkliflər paketini göndərmişik"
"Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə jurnalistlərə ölkənin XİN başçısının müavini Paruyr Ovannisyan məlumat verib.
"Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik", - deyə o qeyd edib.
Daha əvvəl Ermənistanın XİN başçısı Ararat Mirzoyan bildirmişdi ki, Azərbaycanla sazişin imzalanması üçün 1-2 bənd razılaşdırılmalıdır. O, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini ifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət