Slimfit
  1. MARAQLI

Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır

Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır
Sakura

Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır

Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikayel Arutyunyanın bacısını Kürdəmirdə yaşayır.

Ens.az "MediaPost"-a istinadən xəbər verir ki, bu barədə haqqın.az-ın baş redaktoru Eynulla Fətullayev bildirib. Jurnalist vurğulayıb ki, general-polkovnik Mikayel Arutyunyanın bacısını Kürdəmirdə tapıb və ondan müsahibə götürüb: "Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyanın bacısı Zoya Arutyunyan 60 ilə yaxındır Kürdəmir rayonunun Şıxımlı kəndində yaşayır. Zoya Arutyunyan da qardaşı M.Arutyunyan kimi Şamaxı rayonunun Saqiyan kəndində anadan olublar. Xatırladaq ki, general Mikael Arutyunyan 13 il Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi olub, daha sonra müdafiə naziri təyin edilib. O, keçmiş prezident Serj Sərkisyanın yaxın tərəfdaşıdır.

Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən 2008-ci ildə Yerevanda nümayişçilərin güllələnməsində günahlandırılan Arutyunyan Qarabağda müharibə başlayandan dərhal sonra Moskvadan müraciət edərək ona Qarabağa qayıtmağa və Azərbaycana qarşı indiki müharibəyə başçılıq etməyə imkan yaratmağı xahiş edib.

Bəs Arutyunyanın Kürdəmirdə yaşayan bacısı qardaşının bu müraciətini necə qiymətləndirib? Onlar sonuncu dəfə nə vaxt görüşüblər? Mikael Arutyunyan sonuncu dəfə Kürdəmirdə yaşayan bacısına nə vaxt baş çəkib? O, Fətullayevin vasitəsi ilə erməni generalına nə çatdırdı? Yaxın saatlarda Zoya Arutyunyanla söhbətini təqdim edəcəyəm...".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR