Slimfit
  1. HƏRB

“Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq bizdədir” - AÇIQLAMA

“Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq bizdədir” - AÇIQLAMA
Sakura

“Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq bizdədir” - AÇIQLAMA

“Düşmən kifayət qədər ağrılı-acılı cavab alıb. Texnika itkiləri milyardlarla dollar dəyərindədir. Şəxsi heyətdə 200 nəfər itkinin olduğu deyilir, amma buraya mövqelərində qoyub qaçdıqları cəsədləri, əsir düşən erməniləri də əlavə etsək, say 250-yə qədər gedib çıxacaq”.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, heç bir halda düşmənin yaxın və orta perspektivdə təxribatlar törətməyəcəyini demək olmaz:

“Biz çox hiyləgər düşmənlə qarşı-qarşıyayıq. Onlar Azərbaycanın bərpa işlərinə, Qarabağın, Zəngəzurun yenidən qurulmasına, qoşunlarımızın orada möhkəmlənməsinə qarşı gələcəkdə də təxribatlar törədə bilərlər. Buna görə də bizim güc strukturlarımız daim barmağını tətikdə saxlamalıdır. Ermənistanın nəzarətində olan çox sayda mövqe artıq Azərbaycan Ordusundadır və bu mövqelərin hər birində düşmən yaralı və ölülərini tərk edərək qaçıb”. 

Ədalət Verdiyev Azərbaycanın heç bir halda Ermənistan tərəfindən fakt qarşısında qoyula bilməyəcəyini vurğulayıb:

“Bu istiqamətdə Ermənistanın atdığı addımların da hansı nəticələrə gətirib çıxardığı məlumdur.  Hazırkı əməliyyatla düşmənin revanş hazırlıqlarını sıfırladıq və Azərbaycan ərazilərinə gələcəkdə mümkün ola biləcək təhdidlərin minimallaşmasına nail olduq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR