Slimfit
  1. CƏMİYYƏT

Əsədov Rusiyada 50-ci yubiley sessiyasında

Əsədov Rusiyada 50-ci yubiley sessiyasında
Sakura

Əsədov Rusiyada 50-ci yubiley sessiyasında

Noyabrın 22-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının 50-ci yubiley sessiyasında iştirak edib.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun Axar.az-a verdiyi məlumata görə, tədbiri açan qurumun Sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley münasibətilə təbrik edərək sessiyanın işinə uğurlar arzulayıb. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirilib.

Sessiyada normativ hüquqi aktlar, parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, ekoloji zərərin hesablanması, sosial turizm, reklam haqqında model qanunlar, ekoloji təhlükəsizlik üzrə milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılıb. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildiriblər.

 

Azərbaycan parlamenti nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR