Slimfit
  1. MEDİA

“Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli

“Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli
Sakura

“Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli

Hafiztimes.com saytının redaktoru Hafiz Əhmədov bir müddət əvvəl görkəmli maarifçi Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini taparaq onlardan müsahibə alıb.

Lakin bir neçə gün bundan qabaq AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin varisləri  Azərbaycana gəliblər.

 Varislərin Azərbaycana gəlməsində İsa Həbibbəyliyə köməklik etdiyini iddia edən Hafiz Əhmədov bu barədə ona “sağ ol” da deyən olmadığını bildirib:

 

“Onları tapmaq üçün aylarla oxuyub, araşdırmalar aparmışam. Həmin ailənin ən uzaq qohumları, qonşuları ilə əlaqə yaratmışam. Nəhayət aylar sonra Cəlil Məmmədquluzadənin varislərini feysbukda tapdım. Mesaj göndərdim. Mirzə Cəlilin adını ilk məndən eşidirdilər... O qədər təəcüblənirdilər ki... Mirzə Cəlilin nə qədər böyük şəxsiyyət olduğunu, məktəblərimizdə də onun haqqında öyrəndiyimizi yazırdım. Bir sözlə böyük Mirzə Cəlili onlara mən təqdim etdim! Müsahibədə də özləri Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Çünkü onlara mən Azərbaycanın necə gözəl olduğunu yazırdım... Hər gün yazıb, əlaqə saxlayırdıq. Müsahibə yayımlanandan sonra bir ay keçmişdi. Telefonu açdım 20-yə yaxın zəng gəlmişdi. "211" başlıqlı nömrədən. Yenə zəng etdi. Dedi mən AMEA-dan alim... İsa Həbibbəyli... Düz yarım saat təriflər yağdırdı: "onların nömrəsini ver, adres, kontakt". Elə şirin, mehriban danışırdı ki... Məndə də həqiqətən telefon nömrəsi yox idi. Dedi köməkçim Pənaha onların feysbuk hesabını, e-maillərini göndər. Mən də göndərdim! Nəhayət 10 gün öncə oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun varislər özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə yekə qarın kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, "Mirzə Cəlilin varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib". Artıq 10 gün idi ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin "uğur"undan yazırdı. Hafiz Əhmədovun adını bir yerdə də çəkən yox idi...


Mənim bütün əziyyətimi öz adlarına çıxıb, nüfuzlarını artırmağa xidmət edirdilər. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Amma Hafiz Əhmədovu Tovuzdan Bakıya dəvət etmədi. Guya ki, telefon nömrəmi itiribmiş. Bəs o boyda AMEA-dan sizinlə bağlı hər gün mesajlar yazan işçiləriniz də itirmişdi nömrəmi, feysbuk hesabımı?! Yazırdılar ki, "xahiş edirik İsa müəllim sizinlə danışmaq istəyir"... Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin mənim nömrəmi silib, onlarınkını qeyd ediblər”.

 

Modern.az jurnalistin yazdığı fikirlərə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəylinin mövqeyini öyrənməyə çalışıb. Vitse-prezident  Hafiz Əhmədovla dünən əlaqə saxladığını bildirib:

 

“Dünən günorta saat 13:30-da Hafiz Əhmədova zəng vurmuşam. Dedim ki, “Hafiz, dur gəl, Bakıya! Bütün xərclərini də mən ödəyərəm”. Düzü, Hafizin nömrəsini itirmişdim. Köməkçim də Dubayda olduğundan nömrəsini tapmaqda bir neçə gün çətinlik çəkdim. Bu gün AMEA-da görüşün olduğunu və onu da rəsmi olaraq dəvət etdiyimi dedim. Ona bildirdim ki, “sən mənim fəxri qonağımsan. Bütün xərclərin mənim boynumadır”.  Sonra eşitdim ki, Hafiz haqqımda status yazıb”.

 

İsa Həbibbəyli vurğulayıb ki, bir neçə il bundan qabaq Cəlil Məmmədquluzadənin varislərini tapmağa özü də təşəbbüs göstərib:

 

“Əvvəla, Cəlil Məmmdəquluzadənin varislərini 2009-cu ildə  tapmışdım. Vilayət Quliyev (Azərbaycanın Macarıstandakı səfiri-red.) həmin vaxt orada səfir idi. Həmçinin, bu insanları kimin tapmasının nə fərqi var ki!  O vaxt bu görüşü həyata keçirtmək alınmadı. Hafiz də çox sağ olsun ki, Cəlil Məmmədquluzadənin  varislərinin tapılmasında bizə kömək etdi.

Hafiz bir jurnalist kimi çox yaxşı işlər görür. Tağıyevin də nəvəsini tapıb ondan müsahibə götürüb. Onun gənc kimi gördüyü işlərinə böyük hörmətim var. Bir daha ona minnətdarlığımı bildirirəm”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR