Slimfit
  1. ƏDƏBİYYAT

“Eşq sənə bənzər””

“Eşq sənə bənzər””
Sakura

“Əgər sən bir insanı onun olduğu kimi, bütün çatışmazlıqları ilə sevirsənsə, demək onu həqiqətən sevirsən.…

Necə də doğru və yerində deyir Avqustin. “Əgər sən bir insanı onun olduğu kimi, bütün çatışmazlıqları ilə sevirsənsə, demək onu həqiqətən sevirsən. Amma əgər insanı sevdiyini iddia edir, lakin zamanla onu dəyişdirəcəyini düşünürənsə, sən onu yox, özünü sevirsən”

Bilmirəm, bəlkə bütün dövrlərdə belə olub, amma yaşadığımız dövr gəncliyinin bir-biri ilə münasibətlərində bu açıq aşkar sezilməkdədir. Barışmamaq, bir-birinin çatışmazlıqlarını qəbullanmamaq, şəxsi prinsiplər qarşısında qarşı tərəfin bütün daxili hissiyyatını diz çökdürmək arzusu və cəhdi. Qarşı tərəfin bütün düçüncə və hisslərini özününküləşdirmək, ən kiçik fərqli yanaşmanı belə aradan götürməklə, mənisəməklə inhisara məruz qoymaq həqiqi sevgini şübhə altına alır.

Bu münasibəti kiçik, lakonik bir ifadəyə sığışdırsaq, belə bir deviz alına bilər; “Eşq sənə bənzər”.  Bəli, hiss etməkdə olduğun eşq, sevgi qarşı tərəfi sənə görə yox, ona görə sevdirməyi bacarmalıdır , eşq tamamilə “ona bənzər” olmalıdır.  

Müəllifi olduğum “Sonsuz” romanında bu xüsusa xüsusilə diqqət çəkmişəm. Kristina romanın qəhrəmanını ona görə atdı ki, onu olduğu kimi qəbul edə bilmədi. Özünün istədiyi kimi olmadığı üçün böyük bir sevginin üzərindən xətt çəkdi. Fərəh isə qəhrəmanı,  bütün çatışmazlığı ilə, olduğu kimi qəbul etdi və böyük bir sevgini yaşatdı. Fərəhin hissləri daha təmiz, daha səmimi, daha aşiqanə idi.  

Romanın işıq üzü gördüyü ilk ayda məhz bu mövzuya aid bir oxucu tərəfindən  bir ismarıc aldığımı xatırlayıram. O yazırdı:

“Romanınızı oxudum, razılaşdığım tərəflər çoxdur. Amma etiraf etməliyəm ki, razılaşmadığım cəhət də var: “İnsanın, qarşı tərəfi heç bir münasibət gözləmədən sevməsi” Bu gənc bir xanımın dəhşətli bir etirafı idi. O inanmırdı. O inanmırdı ki, qarşı tərəf olduğu kimi qəbul edilərək sevilə bilər. Ona Fərəhin sevgisi real təəssürat bağışlamırdı.  Xanım oxucu hətta  mənə inandırmağa çalışırdı ki, insan əslində qarşı tərəfi yox, özünü sevir. Özündə canladırdığı və onu qarşı tərəfdə görmək istədiyi xasiyyəti, xarakteri sevir. Təssüf ki, bəzən bu fikir də həqiqətdən uzaq deyil.   Sanıram, insanlarda  bu təfəkkür əbəs yerə yaranmır və bu fkir onlar tərəfdən ərsəyə gələn sadəcə beyin məhsulu deyil. Uzun illərin təcrübəsi, ətrafdakıların həyatnda sevgi uğursuzluğu, ailə daxili münaqişələr digərlərində belə bir təəssüratın formalaşmasında mühüm rol oynayır.

 Ağıllı insanlar bilirlər ki,  bu dünyada insanın, onu əldə etmək üçün heç bir madiyyata ehtiyacı olmayan yeganə nəsnə “sevgidir” və təəssüf ki, insan, ona verilən bu əvəzedilməz hissi öz təyinatı üzrə istifadə etməkdən özünü kifayət qədər məhrum etmişdir. İnsandan onu yaşatması üçün  heç nə tələb olunmurdu, bir tək düzgün seçim və ona sadiq qala bilmək bacarığından başqa.

Heç belə bir təsəvvürünüz olubmu?  Olmayıbsa, o zaman təsəvvür edin;

Sevdiyiniz bir insanın hansısa bir çiçəkdən xoşu gəlir və siz ona o çiçəklərdən hazırlanmış  buket  dəstəsi hədiyyə edirsiniz, o da sevə- sevə qəbul edir, sevinir, sizi daha çox sevdiyini bildirir.  Çünki ona sevdiyi çiçəkləri hədiyyə etmisiniz, o çiçəkləri ki, onun özü onları sevir. Və o heç bilmir ki, siz çiçəyi özünüz sevdiyiniz üçün deyil, onun sevdiyi üçün almısınız.

Və təsəvvür edin, qarşı tərəf çiçək sevmir, amma siz o çiçəkləri sevirsiniz deyə ona öz sevdiyiniz çiçək dəstələrini alıb hədiyyə etdirsiniz. O da o çiçəkləri özü sevdiyi üçün deyil, siz sevdiyiniz  və siz aldığınız üçün sevə- sevə qəbul edir. Bu iki kiçik münasibət arasında yerlə göy qədər fərq olduğunu inkar edə bilmərik. Amma könül istər hər bir insan, eqo ilə sevgini bir –birindən ayıra bilmə bacarığına malik olsun. Belə olarsa, o zaman sevgini öz ünvanı ilə çağıra bilərdik.

Dünyaca  məşhur iki şəxs haqqında iki  kiçik amma maraqlı əhvalat danışacağam sizə. Viktor Hüqonu tanımayanımız yoxdur. Məşhur Səfillərin müəllifi Hüqo. Onun Adel adlı istedadlı pianoçu bir qızı vardı. Amma o atası kimi ədəbiyyatda deyil, tibb dünyasında, daha dəqiq desək psixologiyada elə məşhurdur ki, onun  adını sağalmaz bir  xəstəliyə aid ediblər. "Adel sindromu". Psixologiyada  “Adel sindromu”  dəlicəsinə kiməsə aşiq olan, nəyin bahasına olursa olsun onu əldə etmək yolunda hər şeyindən keçən, hər şeydən əlini üzərək ancaq onun  haqda düşünən və bu sindromla yaşayan insanlara deyilir. Adel 29 yaşında bir ingilis zabitinə aşiq olur və ömrünün sonuna qədər bütün həyatını ona çatmaq, onu əldə etmək üçün həsr edir.  Adel, hətta anasının qızıllarını oğurlayıb satır, həmin pulla Albertin ezam olunduğu Kanadaya qədər gedib çıxır. Lakin zabit onu sevmir. Adeli sevməyən, ona nifrət edən Albert  daim onu özündən uzaq tutmağa çalışır. Adelin sevgisinə Albertin mənfi qarşılığı onu ruhdan salmır.  Albertin başqa bir qadınla evlənməsinə qarşı hiss etdiyi qısqanclıq, bu inad Adeli psixi xətəliyə düçar edir və o ömrünün sonuna qədər psixiatrik xəstəxanada qalır və 85 yaşına orada vəfat edir. Ölərkən də Albertin adını sayıqlayır.

Adel sindromlu insanlardan biri də Azərbaycan Kommunist Partiyası MK-nın I katibi məşhur Mircəfər Bağırov olub.

Mir Cəfər Bağırovun ilk əsl sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova M.Bağırova heç vaxt "hə" cavabını vermir, 3 dəfə ərə gedir, ərləri Bağırov tərəfindən yox edilir və nəhayət Xədicə xanımın özünü də həbs etdirib, həbsdə sonuncu dəfə ona "hə" cavabını verməyini istəyir, lakin "yox" deyən Qayıbovanı Bağırov öz əlləri ilə güllələyib, hamının qarşısında hönkür-hönkür ağlayır. 1953 cü ildə Xədicəyə bənzədib sevdiyi evli qadın Qəmər Əlizadə Bağırovun məhkəməsində şahid kimi ifadə verir və məhkəmə Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyətlər çəkdirdiyini soruşanda Bağırov cavab verir ki: - "MƏN ONU SEVİRDİM..."

Bax belə...

Eşq o qədər ülvi hissdir ki, onu bütün insan tipləri özünə aid edə bilir. Ən qəddar adam  belə öz yırtıcı hisslərinin adını sevgi qoya bilir və öz qəddarlığını eşqin kölgəsi altında gizlətməyə çalışır.   Lakin heç nəyə baxmayaraq,  eşqin sadəcə bir adı var: “Eşq sənə bənzər”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR