Slimfit
  1. DÜNYA

Estoniyanın ən yaxşı polisi Rusiya kəşfiyyatçısı çıxdı

Estoniyanın ən yaxşı polisi Rusiya kəşfiyyatçısı çıxdı
Sakura

Estoniyanın ən yaxşı polisi Rusiya kəşfiyyatçısı çıxdı

Estoniya Təhlükəsizlik Polisinin (KAPO) keçmiş əməkdaşı, qurumun ən yaxşı mütəxəssislərindən biri olan Vladimir Kulikov Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə KAPO-nun rəhbəri Arnold Sinisalu məlumat verib.

"Kulikovu Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli kimi saxlayıblar. İstintaqın gedişatında dövlətə xəyanətin əlamətləri üzə çıxa bilər, amma hələ ki onları təsdiq etmək olmaz", - “İnterfaks” Sinisalunun sözlərini sitat gətirib.

 

KAPO rəhbəri əlavə edib ki, keçmiş işçisi əməkdaşlığa, istefasından sonra Rusiyaya etdiyi səfərləri zamanı cəlb oluna bilərdi.

Utro.ru portalı isə xatırladır ki, Kulikov 1995-ci ildə təhlükəsizlik polisinin ən yaxşı işçisi olub. Daha sonra xüsusi xidmətinə görə Qartal Xaç ordeni ilə təltif edilib. Keçmiş kəşfiyyat məmuru 2012-ci ildə təqaüdə çıxıb və cüdo üzrə məşqçi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR