Slimfit
  1. CƏMİYYƏT

“EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

“EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək
Sakura

“EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğına görə sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb.

Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısına “EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.

"Report" xəbər verir ki, dəymiş ziyan müəyyən edildikdən sonra, vətəndaşlarla “EuroHome” tikinti materialları bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək.

Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR