Slimfit
  1. İQTİSADİYYAT

Ev yiyələrini gələn ildən nə gözləyir. - 50 manat verməyənə 30 manat cərimə, sonra yenə cərimə

Ev yiyələrini gələn ildən nə gözləyir. - 50 manat verməyənə 30 manat cərimə, sonra yenə cərimə
Sakura

Ev yiyələrini gələn ildən nə gözləyir. - 50 manat verməyənə 30 manat cərimə, sonra yenə cərimə

2011-ci ilin iyunundan qəbul edilən, 2012-ci ilin yanvarından rəsmən qüvvəyə minən  və indiyədək icra olunmamış qalan “İcbari sığortalar haqqında” Qanunun daşınmaz əmlakla bağlı müddəaları 2020-ci ilin yanvarından etibarən cəza mexanizmləri ilə işə düşəcək.

Belə ki, yeni ildən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Yəni daşınmaz əmlakını icbari sığorta etdirməyənlər cərimələnəcək, üstəlik bu cərimə mexanizmi təxminən avtomobillərin məcburi sığortasından yayınmaya görə tətbiq edilən mexanizmi xatırladır. Bu məsələ hazırda sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

 

Bakıda evi olan 50 manat, regionlarda 30 manat...

 

Virtualaz.org xəbər verir ki, hazırda nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq və bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək.

Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

“Heç olmasa cərimə məsələsində yumşaq variant seçilməliydi...”

 

 “Hökumətin qərarına görə, yalnız cərimə  tətbiqi ilə əhalini bu məsələyə yönəltmək mümkün olacaq. Amma hesab edirəm ki, cərimələrin müddəti olduqca qısadır. Avtomobillərin icbari sığortasında olduğu kimi vətəndaş 20 gün ərzində sığorta olunmursa, cərimə tətbiqinə başlanılır. Əslində belə olmamalıdır, bir optimal variant tapılmalıdır. Əhalini sığortaya cəlb etmək üçün icbari yol seçilsə də, cərimələnmə məsələsində heç olmasa, bir az loyal variant seçilməli idi. Təəssüf ki, qərar bu şəkildədir. Yəqin ki, ilin birinci rübündə məsələnin nə qədər optimal olması müəyyənləşəcək”,-ekspert deyib.

R. Osmanlının fikrincə, qanunun  daşınmaz əmlakla bağlı müddəalarının bu vaxta qədər gecikməsi Azərbaycanda əmlakın qeydiyyatının tam olaraq başa çatmaması ilə bağlıdır: “Preidentin çoxmənzilli binalarda əmlakın istismara qəbulu ilə bağlı fərmanı var. O prosesin icrası həyata keçirilir, gələn ildən isə sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması prosesinin başlanacağı gözlənilir. Əslində bu proses tam bitəndən sonra bu məsələni qabartmaq düzgün olardı. Növbəti ildə bu barədə fikir söyləmək mümkün olacaq”.

Sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılır

 

Əgər bu mexanizm işə düşsə və daşınmaz əmlakı olanlar öz əmlaklarını məcburən sığorta etdirsə o zaman sığorta şirkətləri üçün nəhəng gəlir imkanı açılmış olur. Doğrudur, hələlik bu gəlirlərin və daşınmaz əmlakdan məcburi sığorta yığımlarının həcminin nə qədər ola biləcəyini hesablamayıblar.

Sığorta şirkətilərinin bu biznesdən nə qədər qazana biləcəyi haqda danışan ekspert hesab edir ki, hazırda yaşayış fondu ilə bağlı statistik rəqəmlər də dəqiq deyil. İlin sonunda Statsistika Komitəsi bu barədə rəsmi rəqəmləri açıqladıqdan sonra yığımla bağlı dəqiq rəqəm söyləmək olar.

Cərimə tətbiqini həyata keçirəcək İcbari Sığorta Bürosundan isə prosesin niyə məcburi xarakter daşımasına cavab olaraq bildirdilər ki, bu məsələ qanunla müəyyənləşir.

“İcbari sığortalar haqqında” Qanun 2011-ci ildə qəbul olunub. Bu məsələ indiyədək insanların öz öhdəsinə buraxılmışdı. Lakin daşınmaz əmlakını sığorta edənlərin faizi az idi. Ona görə də, 2020-ci ildən nəzərdə tutulub ki cərimə mexanizminə başlanılsın,əhali bu prosesdə aktivləşdirilsin”, - İcbari Sığorta Bürosunun əməkdaşı Zaman Zahirzadə virtualaz.org-a bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR