Slimfit
  1. KİTABLAR

Eynşteyn kimi düşün: həyat sprint deyil, marafondur

Eynşteyn kimi düşün: həyat sprint deyil, marafondur
Sakura

Eynşteyn kimi düşün: həyat sprint deyil, marafondur

Mən gələcək haqqında düşünmürəm. O onsuz da çox sürətlə keçir, Albert Eynşteyn, 1930

Uğurlu gələcəyini təmin etmək xətrinə ilk illərindən öz uşağına intensiv təhsil verməyə tələsən valideynlər üçün məhz Eynşteyn aşkar nümunədir ki, əsl dahiyə açılışmaq üçün vaxt lazımdır. Onun məktəb müəllimlərindən biri doktor Yozef Degenhart (yunan qrammatikası müəllimi) öz şagirdinə narahat halda bildirməklə tarixə iz qoydu: “Siz həyatda heç nəyə nail olmayacaqsınız”.

Albert Eynşteyn 1879-cu il 14 mart tarixində yəhudi valideynləri German və Paulinadan cənubi alman şəhəri Ulmda dünyaya göz açıb. İki il sonra onun bacısı Mariya (Mayya kimi tanınan) dünyaya gəldi. Yəhudi olmasına görə Almaniyada XIX əsrin sonlarında hər zaman yad kimi idi və bu bu status nəinki onun psixikasını formalaşdırdı, həmçinin bütün həyatı boyunca onun ətrafdakılara olan münasibətinə ciddi təsir etdi.

Onun valideynləri tipik burjua idilər. İstedadlı riyaziyyatçı olan atası o zaman bizneslə məşğul idi – elektrik avadanlıqları ilə ticarət aparırdı, lakin onda işgüzarlıq çatışmırdı. Düzünü desək, nə mənşəyinə, nə də ətrafındakılara görə Albertin dahi insan olacağına heç bir ehtimal yox idi. O qədər gec danışmağa başladı ki, hətta ailə tərbiyəçisi belə onu sərt olaraq sataşırdı. Həm də o exoxaliyadan əziyyət çəkirdi və həmişə əzbərlədiyi ifadələri bir neçə dəfə valideynlərindən sonra tələffüz edərək dodaqlarını tərpədirdi. Uşağın autizmdən əziyyət çəkdiyini təxmin etmək üçün heç bir səbəb olmasa da (çoxları bunun əksini iddia edir), məhz exolaliya çoxlarına onun müəyyən mənada zehni cəhətdən geri qalmasını hesab etməyə əsas verirdi.

Bundan başqa uşaq tənha xəyalpərəst kimi böyümüşdür – həmyaşıdlarından uzaq qaçırdı, heç kimlə dostlaşmırdı. Lakin yenə də beş yaşı olanda onunla “həqiqət anı” adlanan hadisə baş verdi. Bu bütün bəşəriyyəti anlamasına səbəb olan şəxsi fikri idi. Xəstəlik onu çarpayıya bağlayanda, atası onu bir şeylə əyləndirmək üçün ona kompas hədiyyə etdi. Oxun heç bir mexaniki təsir olmadan həmişə şimalı göstərməsi uşağı heyran etdi. Sonra Eynşteyn xatırlayırdı ki, o an onu soyuq basdı və əsdi (bu əlbəttə elm üçün xeyirli olsa da, xəstə uşaq üçün yaxşı deyildi). Əlindəki qəribə əşya tamamilə aşkar fiziki gücə malik idi, amma mənbəsi görünməz idi. Elə o andan və bütün həyatı boyu Eynşteyn sözün əsl mənasında Kainatımızı idarə edən görünməz qüvvələrə valeh oldu.

Gimnaziyada Eynşteynin göydən ulduzları buraxmamaq haqqındakı nağıllar isə folklorun bir hissəsinə çevrilib. Burada əlbəttə ki, həvəskar həkim Degenhartın çirkli dilinin böyük rolu var. Faktlar isə əksinə onu deyir ki, fənlərin çoxunda Albert böyük bacarıq göstərirdi və xüsusilə riyaziyyatı yaxşı bilirdi. O öz həmyaşıdlarını bir neçə il üstələyərək bu nizam-intizamın akademik səviyyədə də öhdəsindən gəlirdi. Özünün dediyinə əsasən 12 yaşında “heç bir xarici təcrübə olmadan Həqiqətə ancaq abstrakt düşüncələrlə çatmaq imkanını anlamasından heyran olmuşdu”. Yenə də atasından riyaziyyat bacarığının aşkar varisi olmasına baxmayaraq onun gələcəkdə dahi alim olacağını təxmin etmirdi. Çünki onun 16 yaşı olanda (qəbul olunduğundan 2 il əvvəl) Eynşteyn universitetə daxil olmağa cəhd etdi, imtahan nəticələri göstərdi ki, o hələ botanika, ədəbiyyat və siyasət kimi əlavə fənləri daha yaxşı öyrənməlidir.

Çyurix Politexnikumuna daxil olmaq üçün o İsveçrəyə köçdü və Arau şəhərindəki məktəbin buraxılış sinfində təhsilini davam etdirdi, orada o müvəffəqiyyətə görə ikinci şagird oldu. O yenə də ən yaxşı olmasa belə, bacarıqlı şagird olduğunu sübut etdi. 1900-cü ildə o Politexnikumu bitirdi, onun “reytinqi” beş məzun qrupundan 4-cü yerə düşdü. Bundan sonra o Çyurixin bir neçə ali məktəbində elmi vəzifə almaq cəhdi etdi, lakin onların hamısı uğursuz oldu. O zaman depressiyaya düşərək, olduqca adi xidmətə işə - Berndə isveçrə patentlər bürosunda 3-cü kateqoriyalı texniki ekspert kimi daxil oldu.

Kimdə təxmin edə bilərdimi ki, cəmi dörd il sonra Eynşteyn bütün dünya elmini tərsinə çevirəcək bir sıra elmi işlər yazacaq? Diqqətəlayiq olan budur ki, o bunu xidmətdən əlavə vaxtında öz ürəyinin çağırışı ilə edirdi. Eynşteyn özü daha sonra anladı ki, məhz onun cavan yaşlarında “dayanması” ona gələcəkdə uğur qazanmasına kömək etdi. “Mən o qədər yavaş inkişaf edirdim ki, - o xatırlayır, - artıq böyüyəndə məkan-zaman sualları verməyə başlayırdım”.

 Amma özünün intellektual sıçrayışını dünya ilə bölüşərkən, o bir neçə il sonra layiqli olaraq tanındı. Paradoksal olsa da kiçik professor vəzifəsini o 1909-cu ildə universiteti bitirəndən 9 il sonra və məşhur E=mc2 formulunu izah edən Xüsusi nisbilik nəzəriyyəsi üzrə öz işini dərc edəndən 4 il sonra aldı. Hələ onu demirik ki, Nobel mükafatını ona ancaq 1922-ci ildə verdilər.

Bütün bunlar köhnə həqiqəti təsdiq edir: yavaş gedirsəndə uzağa gedəcəksən. Hətta əgər sənin beynin Eynşteyndəki kimi olsa belə.

 

Əvvəlki Hissə: Eynşteyn kimi düşün: görkəmli həyatı

Növbəti Hissə: Hər şeylə maraqlan

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR