Slimfit
  1. TEXNOLOGİYA

“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür

“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür
Sakura

“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür

“Facebook” bu il mühüm seçkilər keçiriləcək Hindistan, Nigeriya, Ukrayna və Avropa İttifaqına üzv olan ölkələri üçün platformasındakı siyasi reklam qaydalarını sərtləşdirib.

Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerləşdirilən məlumata əsasən, belə tədbirin məqsədi seçkilərə müdaxilənin qarşısını almaqdır. 

“Facebook”un qlobal siyasət və əhatə direktoru Kati Harbat bildirib ki, fevralın 16-da prezident seçkilərinin keçiriləcəyi Nigeriyada yanvarın 16-dan etibarən seçki ilə bağlı reklamları yalnız ölkədə yerləşən sifarişçilər verə biləcək. Fevral ayında eyni qayda martın 31-də prezident seçkilərinin keçiriləcəyi Ukrayna üçün də tətbiq olunacaq.

Aprel-may aylarına ümumi seçkilərin keçiriləcəyi Hindistana dair reklamlar isə “Facebook”dakı xüsusi elektron kitabxanaya yerləşdiriləcək. Habelə may ayında Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində də Avropa İttifaqına üzv olan ölkələr üçün siyasi reklamlz bağlı sərt qayda tətbiq ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR