Slimfit
  1. AVTO VƏ MOTO

Ferrarinin nadir prototipi satışa çıxarılır

Ferrarinin nadir prototipi satışa çıxarılır
Sakura

Ferrarinin nadir prototipi satışa çıxarılır

Ens.az xəbər verir ki, Parisdə Dino 206S / SP -ni satmağa çalışacaqlar.

Bonhams auksion evi fevral ayında Ferrari Dino 206SP-nin yarış maşını prototipini satışa çıxarır. Barketta adlanan model 1965-ci ildə Avropa dağa dırmanma çempionatı üçün xüsusi olaraq düzəldilmişdi və həmin yarışın qalibi altı mərhələnin dördünü udan Ludovico Scarfiotti olmuşdu. Dino 206 SP həmin vaxtadək kifayət qədər uğurlu olan Dino 166P-in təkmilləşdirmiş modelidir..Ümumilikdə həmin vaxt şirkət iki nüsxə hazırlaşmışdı ki, onlardan biri müsabiqədə iştirak etdi, ikincisi Dino Berlinetta Speciale Pininfarina studiyasının konseptinim əsasını təşkil etdi. Barketta cəmi 532 kiloqram ağırlığında və 218 at gücünə sahib 2.0 litrlik V6 mühərriki ilə təchiz olunmuşdur. Dino 166P isə 175 at gücündə və 1,6 litrlik mühərrikə sahib idi.

1965-ci ildəki həmin yarışdan sonra prototip Scuderia Nettuno komandasının ixtiyarına keçdi. Həmin komandada Targa Florio marafonunda ümumi hesabda dördüncü oldu. Daha sonra avtomobil Avropa yarışlarında bir neçə dəfə mükafatlar qazandı.

Ferrari Dino 206 SP ilə birlikdə Zagato Mostro Coupe-nin beş nüsxəsindən biri də Parisdə hərraca çıxarılacaq. Avtomobil Maseratinin 100 illik yubileyi şərəfinə qurulmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR