Slimfit
  1. MEDİA

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib
Sakura

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

22-26 mart 2023-cü il tarixlərində İspaniyanın Qvadalahara şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə böyüklər və para-karateçilər arasında 58-ci Avropa çempionatı keçirilib.

Yarışda 4 para-karateçi ilə təmsil olunan Azərbaycanın para-karate üzrə milli komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, kata üzrə para-karateçilər arasında Fövqəladə Hallar Nazirliyinin para-karate komandasının üzvləri Nihat Məmmədzadə və Eldar Əhmədov yarışın gümüş medalının sahibi olublar. Qaliblər Avropa Karate Federasiyasının medalı ilə təltif ediliblər.

Qeyd edək ki, para-karateçilərimiz çempionatda ümumi medal sıralamasında 2-ci olublar.

Para-karateçilərin şəxsi məşqçiləri 1-ci dan qara kəmər sahibi Xəyal Məmmədov, 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Bundan əlavə 28-30 mart 2023-cü il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə U-20 gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Çempionatda 96 klubdan 250-yə yaxın idmançı öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin güləş üzrə yığma komandasının üzvü 79 kq çəki dərəcəsində Nihad Əsgərov İdman-sağlamlıq klubunun baş zabiti, leytenant Elmir Qəmbərovun rəhbərliyi altında yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, o çempionatda 4 görüş keçirərək bürünc medalın sahibi olub. Qalib Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasınınn diplom və medalı ilə təltif olunub.

FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatlarda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR