Slimfit
  1. MEDİA

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər
Sakura

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

20-22 noyabr 2019-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında “Açıq Bakı çempionatı” keçirilib.

Yarışda 27 komandadan 230-dan çox  idmançı mübarizəyə qoşulub. Çempionatda FHN-in İdman-sağlamlıq mərkəzinin komandası Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərib. FHN-in Mülki Müdafiə Qoşunlarının Komandanlığının N saylı hərbi hissəsinin əsgərləri 90 kq çəki dərəcələrində İbrahim Ağakişiyev qızıl medal, komandanın digər üzvü Seymur Soltanlı isə yarışın gümüş medalına layiq görülüb. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medallar təqdim olunub.

22 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR