Slimfit
  1. PSİXOLOGİYA

Fikirlərinizi yönəldəcək üsullar

Fikirlərinizi yönəldəcək üsullar
Sakura

Fikirlərinizi yönəldəcək üsullar

Bəzən lazım olan sözlər ağlımıza gəlmir, fikirlər işıq sürəti ilə yaranır və beyin partlayacaq kimi hiss olunur. Belə vəziyyətdə bizim köməyimizə art-terapevt Viktoriya Nazareviçin məsləhətləri gəlir. Sizdən sadəcə əlinizə kağız götürüb rəsm çəkmək tələb olunur. Necə çəkdiyinizin fərqi yoxdur. Bir müddətdən sonra siz sakitlik və inanılmaz harmoniya əldə edəcəksiniz.

Buna görə də istənilən naməlum vəziyyətdə rəsm çəkmək ən lazımlı məşğuliyyətiniz olmalıdır.

  • Yorğunsunuzsa – çiçək rəsmi çəkin.
  • Əsəbisinizsə - xətlər çəkin.
  • Ağrıyırsınızsa – cızın.
  • Darıxırsınızsa – vərəqi müxtəlif çiçəklərlə doldurun.
  • Kədərlisinizsə - göy qurşağı çəkin.
  • Qorxursunuzsa – parçadan müxtəlif formalar hazırlayın.
  • Həyəcan hiss edirsinizsə - kukla tikin.
  • Acıqlısınızsa – kağızı kiçik hissələrə parçalayın.
  • Narahatsınızsa – oriqami hazırlayın.
  • Gərginsinizsə - naxışlar çəkin.
  • Xatırlamaq vacibdirsə - labirint çəkin.
  • Məyus olubsunuzsa – şəklin nümunəsini çəkin.
  • Ümidsinizsə - yol çəkin.
  • Nəyisə anlamaq lazımdırsa – dirək çəkin.
  • Sürətlə gücünüzü bərpa etmək lazımdırsa – peyzaj çəkin.
  • Öz hisslərinizi anlamaq istəyirsinizsə - portret çəkin.
  • Vəziyyəti yadda saxlamaq lazımdırsa – rəngli dairələr çəkin.
  • Fikirlərinizi sistemləşdirmək lazımdırsa – kvadrat və ya arı şanı çəkin.
  • Özünü və istəklərini anlamaq istəyirsinizsə - kollaj hazırlayın.
  • Fikirlərinizi cəmləmək vacibdirsə - nöqtələr çəkin.
  • Vəziyyətdən optimal çıxış axtarmaq üçün – dalğalar və dairələr çəkin.
  • “İlişdiyinizi” hiss edirsinizsə və irəliləmək lazımdırsa – spirallar çəkin.
  • Məqsədə fikrinizi cəmləmək istəyirsinizsə - tor və hədəf çəkin.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR