Slimfit
  1. MEDİA

“Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

“Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Sakura

“Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” mövzusunda beynəlxalq…

Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans işinə başlayıb.

Layihənin məqsədi ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, gənclərin elmə marağının artırılması, texniki, təbiət, humanitar və sosial elmlər arasında əlaqələrin gücləndirilməsidir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın elm adamlarının və ümumilikdə ictimaiyyətin diqqətini humanitar, texniki və təbiət elmləri arasında əməkdaşlığın vacibliyi, elmi problemlərin həllində multidissiplinar yanaşmaların və innovasiya texnologiyalarının inkişaf etdirilməsinin zəruriliyinə yönəltmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfrans müxtəlif elmi istiqamətlər üzrə çalışan alimlər üçün təcrübə mübadiləsi aparmağa geniş imkanlar yaradacaq.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda məruzə ilə çıxış edib. Konfransın humanitar, texniki və təbiət elmlərində mövcud olan yaradıcı yanaşmaların müzakirəsinə şərait yaradacağını qeyd edib. Akademik, həmçinin MDB ölkələrinin elmi təşkilatları arasında səmərəli dialoqun və əməkdaşlığın qurulmasına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib. Ötən gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin qeyd olunduğunu bildirən akademik çıxışının sonunda elmi müəssisə ilə uzun illər sıx əməkdaşlıq edən xarici ölkələrdən gələn həmkarlara rəhbərlik etdiyi institutunun fəxri doktoru diplomlarını və mükafatların təqdim olunduğunu qeyd edib.

Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevin salamlama məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra konfrans AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski, Azərbaycan Dillər Universitetinin  professoru Səməd Seyidov, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina, Belarus Milli Elmlər Akademiyasının Belarus Mədəniyyət, Dil və Ədəbiyyat Tədqiqatları Mərkəzinin “Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutu” filialının direktoru, professor İvan Saverçenko və başqalarının elmi məruzələrinin dinlənilməsi ilə davam edib.

Konfrans çərçivəsində müxtəlif mövzuları əhatə edən dəyirmi masaların təşkili, eləcə də tədbir iştirakçılarının AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ziyarəti nəzərdə tutulur.

Konfransın növbəti hissəsi noyabrın 17-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək.

 

 

AMEA Rəyasət  Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və

elmin populyarlaşdırılması idarəsi

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR