26 fevral 2020, çərşənbə
.
.
chevron_left chevron_right
ELM

Fotosintez edən mikroorqanizmlər şəhərlərdə suyu təmizləməyə kömək edəcək

Fotosintez edən mikroorqanizmlər şəhərlərdə suyu təmizləməyə kömək edəcək

97 Baxış
Fotosintez edən mikroorqanizmlər şəhərlərdə suyu təmizləməyə kömək edəcək

"Kurçatov İnstitutu"nda aparılan araşdırmalar göstərib ki, fotosintez edən " Chlorella vulgari" adlandırılan mikroorqanizm yağış sularından orqanik qatışıqları ayırmaq və onların konsentrasiyasını 39 faiz aşağı salmaq iqtidarındadır. Bu üsulla təmizlənmiş su böyük şəhərlərdə texniki və təsərrüfat ehtiyacları üçün istifadə oluna bilər. Keçirilmiş tədqiqatların nəticələri "Results in Engineering", "Sustainable Energy Technologies and Assessments" və "Earth and Environmental Science" elmi dərgilərində dərc olunub.

Ens.az xəbər verir ki, yuxarıda adı çəkilən institutun biotexnologiyalar və bioenerjilər bölməsində uzun illərdir böyük şəhərlərin ekoloji problemlərinin həlli üçün fotosintez edən mikroorqanizmlərdən istifadəyə yönəldilmiş tədqiqatlar aparılır. Alimlər tərəfindən hazırlanmış yeni metod yağışdan, qarın əriməsindən yaranan, eləcə də təsərrüfat- məişət axıntılarından yaranan suların müxtəlif növlərini təmizləməyə imkan verəcək. Kiçik təmizləmədən sonra belə suları şəhərlərdə müxtəlif ehtiyaclar (bitkilərin sulanması, yolların, səkilərin təmizlənməsi) üçün istifadə etmək mümkün olacaq.

"Chlorella" mikroorqanizmi yalnız suların deyil, həmçinin havanın da təmizlənməsində istifadə olunacaq. İnstitutun böyük elmi işçisi Kiril Qorinin sözlərinə görə bu üsulla havanın təmizlənməsi ağaclardan daha effektlidir – "şəhərdə havanın və suyun təmizləməsi üçün fotosintez edən mikroorqanizmlərdən İstifadə bir sıra ekoloji məsələlər ciddi şəkildə həll edə bilər".

Alimin sözlərinə görə, texnologiya artıq laboratoriya mərhələsində uğurla təsdiq olunub və ən yaxın müddətdə onun küçədə, açıq havada fotobioreaktiv sınaqlarını keçirmək planlaşdırılır. Bu sınaqlar həm də mikroorqanizmlərin becərilməsi şəraitinin optimallaşdırması kimi bir sıra praktik məsələləri həll etməyə imkan verəcək.

"Əgər bu texnologiya iş adamlarında və şəhərləri idarə edən qurumlarda maraq doğurarsa, ən yaxın perspektivdə şəhər landşaftının bir hissəsi ola bilər", – Kiril Qorin vurğulayıb.

Gələcəkdə alimlər başqa faydalı maddələrin alınmasının proseslərinə onları cəlb edib fotosintez edən mikroorqanizmlərin potensialından maksimal istifadə etməyi planlaşdırırlar.


Müəllif: Fəxri Qocayev


Mənbə: indicator.ru




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Səsli xəbərlər
20 ildir aktiv olan Bromo vulkanı
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X