Slimfit
  1. SİYASƏT

Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı

Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı
Sakura

Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı

Xəbər verdiyimiz kimi, Fransanın bir qrup deputatı növbəti dəfə Azərbaycanın işğal altındakı torpaqlarına 3 günlük səfərə gəlib. 
Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, fransız deputatlar Xankəndidə “Fransa- Artsax dostluğu”na həsr olunmuş rəmzin  açılışını ediblər. Simvolik yol göstəricilərinin üzərində işğal altındakı Azərbaycan şəhərləri və onların "qardaşlaşdığı" Fransa şəhərlərinin fransız və erməni dillərində adları, eləcə də həmin şəhərlər arasındakı məsafələr yazılıb.  “Azadlıq” parkında qurulmuş rəmzin açılış tədbirində  qondarma rejimin “parlament sədri”  hesab edilən Aşot Qulyan və “Fransa-Artsax dostluq dərnəyi”nin rəhbəri, deputat  Qi Tisye  çıxış edib.  Fransız parlamentari  bəhs edilən rəmzin təsadüfən “Azadlıq” parkında açılmadığını bildirərək Qarabağdakı ermənilərin “azadlıq uğrunda” mübarizəsindən danışıb.
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR