Slimfit
  1. TEXNOLOGİYA

Gələcəyin avtomobilləri sizin sağlamlığınızın qayğısına qalacaq

Avtomobilləri nəqliyyat vasitəsi kimi görməklə yanaşı, onları indiyə qədər heç zaman müşahidə etmədiyimiz səviyyədə insana və ətrafındakı mühitə bağlanan bir cihaz kimi təsəvvür edin. Coi Perez, Cənubi…

Avtomobilləri nəqliyyat vasitəsi kimi görməklə yanaşı, onları indiyə qədər heç zaman müşahidə etmədiyimiz səviyyədə insana və ətrafındakı mühitə bağlanan bir cihaz kimi təsəvvür edin.

Coi Perez, Cənubi Kaliforniya Universiteti: “Bu cihaz havanın keyfiyyətini, ürək döyüntünüzü, diqqət səviyyənizi ölçə bilər.”

Biometrik sensorlar və süni zəkanın köməkliyi ilə maşın hətta sürücüyə daha sağlam həyat tərzi sürmək tövsiyəsi verə bilər.

Soel Marçant, Evelozcity: “Sən evə sürürsən və naviqasiya işə düşərək səni idman zalına aparır, ya da ki, sən McDonalds-a getmək istəyirsən, naviqasiya isə səni salat bara aparır.”

İstifadəçinin sağlamlığını monitor edən sensorlar ənənəvi avtomobil istehsalçılarının və startapların konsept maşınlarına əlavə edilib.

Həm də sürücünün sağlamlığını monitor etmək üçün biometrik data yaddaşda saxlanılır.

Coi Perez: “Yalnız xəstələnəndə həkimin yanına getməkdən fərqli olaraq, sən müyəyən vaxt ərzində sağlamlığın ilə bağlı məlumatları toplaya bilərlər. Bu sənə daha çox şey deyir. Məlumatların toplanılması nəticəsində insan sağlamlığının vəziyyətini təhlil edilməsi daha asan olur.”

Toplanılan məlumatların sığorta şirkətləri və səhiyyə şirkətləri tərəfindən istifadə edilə biləcəyilə bağlı narahatlıq mövcuddur. Bu səbəbdən ekspertlər deyir ki, toplanılan məlumatın qorunması çox önəmlidir.

Pit Morqan, Clever Security: “Avtomobillərin İnternetə, bluetooth-a, mobil telefonabağlandığı bir zamanda bu, hücum etmək istəyənlər üçün əlavə imkanlar yaradır. Avtomobillər üçün indiyədək yazılmış kod isə bu cür təhlükənin qarşısını almaq üçün tam hazır deyil.”

Çünki müasir maşınlar kiçik kompüter sistemi üzərində çalışır. Təhlükəsizlik ekspertləri artıq təsdiq ediblər ki, bu avtomobillərin sisteminə daxil olmaq çətin deyil.

Pit Morqan: “Mən əminliklə deyirəm ki, bu təhlükəyə açıq olmayan maşın yoxdur.”

Ekspertlər şirkətlərə xəbərdarlıq edir ki, ilk biosensorlu avtomobil istehsalı yarışında qalib gəlməyə çalışdıqları bir zaman, təhlükəsizlik məsələlərini ikinci plana atmasınlar.

 

Mənbə: Amerikanın Səsi

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR