Slimfit
  1. İQTİSADİYYAT

Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı

Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı
Sakura

Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcəsi üçün nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, gəlir və xərcləri əks etdirən rəqəmlər "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəlir və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq  ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilmişdi.

Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən əhaliyə pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir.

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR