Slimfit
  1. HƏRB

Gənc əsgərlər and içdilər

Gənc əsgərlər and içdilər
Sakura

Gənc əsgərlər and içdilər

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmətə çağırılmış 350 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilib, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər. 

Tədbirdə çıxış edən Mühafizə Alayının komandiri vəzifəsini icra edən ədliyyə mayoru Rauf Əsədov gənc əsgərlərə Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun təbriklərini çatdırıb və onlara vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə edib. 

Çıxış edən əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. 

Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildiriblər. 

Sonra şəxsi heyətin marş sədaları altında təntənəli hərbi keçidi izlənilib. Sonda Mühafizə Alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR