Ens.az
17 noyabr 2019, bazar
.
.
chevron_left chevron_right
CƏMİYYƏT

Gəncə, Şirvan, Şəki və Qubada yeni açılacaq lisey siniflərinə qəbul imtahanı keçirilib

Gəncə, Şirvan, Şəki və Qubada yeni açılacaq lisey siniflərinə qəbul imtahanı keçirilib

124 Baxış
Gəncə, Şirvan, Şəki və Qubada yeni açılacaq lisey siniflərinə qəbul imtahanı keçirilib

Gəncə, Şirvan, Şəki və Qubada yeni açılacaq lisey siniflərinə qəbul imtahanları keçirilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə təşkil edilib.

İmtahanlarda Gəncə şəhəri üzrə 423, Şirvan şəhəri üzrə 180, Şəki şəhəri üzrə 197 və Quba rayonu üzrə 358 nəfər olmaqla, ümumilikdə, 1 158 şagird iştirak edib.

Nəticələr yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

2019-2020-ci tədris ili üçün Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil ediləcək.

Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.

Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X